Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-9/2023 23.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X2 Mingəçevir şəhər məhkəməsinin 2(051)-827/2022 №-li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayətinə baxaraq Müəyyən etdi : Mingəçevir şəhər məhkəməsinin 2(051)-827/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X6 xx.xx.2020-ci il tarixli 22144185 saylı müqaviləyə əsasən 1800 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1805 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdeh X6 ödənilmiş dövlət rüsumunun əvəzi olan 39.8 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Borclu X1 şəhər məhkəməsinin 2(051)-827/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 18 noyabr 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, X3ndan 1844.8 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməsi qərara alınmışdır. Hesab edir ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 18 noyabr 2022-ci il tarixli “icraata başlamaq haqqında” 2(051)- 827/2022 -021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qərarı qanunsuzdur. İcra məmurundan icra işi bağlı məhkəmə qətnaməsindən məlumatı olmadığını və həmin qətnamənin surətinin ona verilməsini xahiş etdi. Ancaq İcra məmuru baxmayaraq ki, məhkəmə qətnaməsinin mətnindən məlumatı yoxdur. Qətnamənin surətini ona verməyib, məcburi qaydada icra işinin icra olunmasını tələb etdi. O, Mingəçevir Şəhər Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-827/2022 saylı qətnamasindən apellyasiya şikayəti verəcək. Ancaq könüllü icra müddəti bitəcəkdir. Ona görə də Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 18 noyabr 2022-ci il tarixli “icraata başlamaq haqqında” 2(051)-827/2022-021 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qərarı ləv olunmalıdır. Ona görə də Mingəçevir şəhər məhkəməsinin 2(051)-827/2022 №-li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş olunur. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, şikayətinin əsaslarını və dəlillərini məhkəmə iclası zamanı müdafiə etməmişdir. Məhkəmə hesab edir ki, şikayətçinin iştirakı olmadan məhkəmə iclasının davam etdiriməsi mümkündür. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-827/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 xx.xx.2020-ci il tarixli 22144185 saylı müqaviləyə əsasən 1800 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1805 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, cavabdeh X6 ödənilmiş dövlət rüsumunun əvəzi olan 39.8 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X8 “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azəbaycan Respublikasının “İcra haqqında” qanunun 12-ci maddəsində göstərilir ki, bu qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-827/2022 №li, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi icra məmuru Orxan Babayevin icraatına verilmiş, icra məmuru icra sənədini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş, tələbin könüllü icrası barədə X3na bildiriş göndərmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra müvafiq icra tədbirləri həyata keçirilmişdir. Borclu icra məmurunun sözü gedən qərarının ləğv edilməsini xahiş etsə də qərarın ləğv edilməsi üçün əsas olan halları sübuta yetirə bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, sözü gedən icra sənədi məhkəmə qətnaməsi əsasında qəbul edilmişdir, onun icrası məcburidir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmənin icra vərəqəsi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə iclası zamanı müəyyən edilmədi. Göstəilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti(ərizəsi) təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X2 şikayəti(ərizəsi) təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-9/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-9/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver