Məhkəmə qərarları › İş №8(051)-95/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-95/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-95/2025 21.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Borclu iştirakı ilə, İddiaçı Tələbkar cavabdeh Borclu qarşı «pul» tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinin izah edilməsinə dair Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tələbkar iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Borclu 13.500 (on üç min beş yüz) manat borcun və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu 11250 (on bir min iki yüz əlli) manat pul və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Tələbkar verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə çıxarıldıqdan sonra xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra sənədi icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )-60/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə Borclu 11250 manat pul və 10 manat notariat xərci alınıb ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-60\2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı icra şöbəsinin icraatına xx.xx.2024-ci il tarixdə daxil olduqdan sonra, xx.xx.2024-cii il tarixli bildiriş borcluya təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-60\2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı icra şöbəsinin icraatına xx.xx.2024-ci il tarixdə daxil olduqdan sonra, xx.xx.2024-cii il tarixli bildiriş borcluya təqdim edilmişdir. Qeyd edirəm ki, iş üzrə Borclu 11250 borcun ödənilməsindən boyun qaçırımış, bununlada borcunu ödəməkdən qəsdən yayınmış, barəsində AR-nın İXM-nin 528.1-ci maddəsi üzrə protokol tərtib edilməklə müvafiq məhkəməyə təqdim edilmişdir. Qeyd edirəm ki, iş üzrə Borclu 11250 borcun ödənilməsindən boyun qaçırımış, bununlada borcunu ödəməkdən qəsdən yayınmış, barəsində AR-nın İXM-nin 528.1-ci maddəsi üzrə protokol tərtib edilməklə müvafiq məhkəməyə təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi 3(051)-434\2024 saylı, xx.xx.2024-ci il tarixli qərar ilə borclunun borcundan ödəniş etməsi şahid ifadəsi və iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarında müəyyən olunması əsası ilə sonuncunun əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam vermişdir. Tələbkar qərardan narazı qalmış, yuxarı instansya məhkəməsinə şikayətlə müraciət etmişdir. Şəki Apelyasiya Məhkəməsi 3(107)-272\2024 saylı, xx.xx.2024-ci il tarixli qərar üzrə borcun müəyyən hissəsinin ödənilməsi əsası ilə Borclu hərəkətində icra sənədini qəsdən icra etməkdən yayınma və üzürsüz şəbədən icra etməməsi halını müəyyən etmək mümkün olmadığından şikayəti təmin etməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)- 434\2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsi qərarın təsviri-əsaslandırıcı hissəsində sübutlara hüquqi qiymət verərkən şahid X6 tərəfindən Tələbkar qalıq borcdan 2000 manat pulu verməsi ilə eyni vaxtda tələbkar X3 həmin məbləği qəbul etməsi, eyni zamanda qətnamə üzrə ödənilməli olan 11260 manat pulun tələbkar tərəfindən qəbul edilməsinə dair məsələsi tam aydınlığım tapmamışdır. Məhkəmə qərarında yalnız 2000 manata aid olan hissədə şahid dindirilmiş və həmin hissəyə qiymət verilmişdir. Nəticədə Mingəçevir Şəhər Məhkəməsi 3(051)-434\2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə Borclu borcundan ödəniş etməsi şahid ifadəsi və iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarından da müəyyən olunması əsası ilə sonuncunun əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam vermişdir. Zərərçəkən Tələbkar daha sonra Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-434\2024 saylı, xx.xx.2024-ci il tarixli qərarını Şəki Apelyasiya Məhkəməsinin icraatında mübahisələndirdiyi zaman Şəki Apelyasiya Məhkəməsi tərəflər arasındaki münasibətə hüquqi aydınlığ verərkən Borclu 2000 manat pulu zərərçəkmiş X4 verməsi, zərərçəkən X3 2000 manat pulu qəbul edib-etməməsini ziddiyyətli hal kimi görmüş, nəticədə qətnamə ilə ödənilməli olan ümumi borcun hissəsi kimi 2000 manat pulun Tələbkar tərəfindən qəbul etməsini fakt olaraq sübut kimi qəbul etməmişdir. Lakin Şəki Apelyasiya Məhkəməsi Borclu 2000 manat pulu ödəməyi təklif etməsi, həmin pulun tələbkara ödənilməsi üçün şahid X7 vasitəsilə göndərilməsini, tələbkarın 2000 manatı qəbul etməməsini, inzibati xətanı törədən şəxs üçün yüngülləşdirici hal kimi nəzərə almış, borclunun hərəkətini icra sənədini qəsdən və ya qərəzli olaraq yayınması kimi qiymətləndirməmişdir. Nəicədə Şəki Apelyasiya Məhkəməsi 3(107)-272\2024 saylı, xx.xx.2024-ci il tarixli qərar ilə borclunun borcundan müəyyən hissənin yəni 2000 manat məbləğin ödənilməsi üçün müəyyən hərəkətlər etdiyini, bununlada icra sənədini qəsdən icra etməkdən yayınma və üzürsüz şəbədən icra etməməsi halını müəyyən etmək mümkün olmaması əsası ilə inzibati xəta haqqında icraata xitam vermişdir. Hazır ki, icra işi ilə bağlı tələbkar icra şöbəsinə dəfələrlə müraciət etmiş, qətnamə ’üzrə ödənilməli olan 11260 manat pulun borcludan alınıb ödənilməsini tələb etmiş, bununla bağlı dəfələrlə icra məmurunun, həm də şöbə rəisi Eynur Babayevin qəbulunda olmuşdur. Hazır ki, icra işi ilə bağlı tələbkar icra şöbəsinə dəfələrlə müraciət etmiş, qətnamə ’üzrə ödənilməli olan 11260 manat pulun borcludan alınıb ödənilməsini tələb etmiş, bununla bağlı dəfələrlə icra məmurunun, həm də şöbə rəisi Eynur Babayevin qəbulunda olmuşdur. Belə ki, qərarın icrasına çətinlik yaradan məqam tərəflər üçün məhkəmənin İXM-nin 8.3-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin məhkəmə tərəfindən onun xeyrinə həll olunmalıdır normasına istinad etməsi ilə bağlıdır. Bu halda borclu artıq qətnaməni icra etdiyini, məhkəmənin zidiyyətli şəkildə gördüyü halların ziyanına şərh edilmədiyini, şübhənin onun xeyrinə hesablandığını düşünür. Belə vəziyyətdə tələbkar borclunun ona borcunu ödəmədiyini, ödədiyi halda hansısa bir ödəniş qəbzi təqdim edə bilməməsini, borclunun borcunu şahidlər olaraq ifadə etdiyi, hətta “mənə yaxın olan qohumlarımın” yanında ödəməsi ilə bağlı məhkəmə qərarında əksini tapmış məlumatı yalnız boş sözdən ibarət olduğunu həm şifahi, həm yazılı müraciətində ifadə etmişdir. Tələbkar həmçinin öz ifadəsində məhkəmənin mənim borcludan borcumu tam şəkildə ödəməsi barədə ödəniş qəbzini tələb etdiyim halda və tərəfimdən borcun ödənilməsi ilə bağı ərizə vermədiyim halda icraata xitam verilməsinin mümkün olmadığını söylədikdə, məhkəmə qərarında mənim bu fikrimə münasibətini tələbkarın hüquqdan sui istifadə etməsi kimi qiymətləndirmiş, məhkəmə prosesi zamanı baş vermiş mübahisəni bəhanə gətirməklə qisas alması kimi təqdim etmişdir. Bunun belə olmadığını hazırda xeyrinə qəbul edilmiş qətnamə olduğunu, qətnamənin heç kəs tərəfindən heçə sayılmasına yol verməyəcəyini söyləmişdir. Məlumat üçün bildirirəm ki, istər Mingəçevir Şəhər Məhkəməsinin, istərsə də Şəki Apelyasiya Məhkəməsinin qərarlarında ifadə etdikləri aradan qaldırılması mümkün olmayan zidiyyətli xüsusatlar, yəni tərəflər arasında borcun ödənilməsi, tələbkarın borcu qəbul etməsi, aralarında ki, razılaşmalar, vədləri buna dair hadisələr, hansı ki, protokola baxılması prosesində borclunun hərəkətində inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, şübhə yaradan hadisələr mülki iş üzrə qətnamənin Mingəçevir Şəhər Məhkəməsinin icraatında olduğu tarixlərdə baş vermişdir. Məlumat üçün bildirirəm ki, istər Mingəçevir Şəhər Məhkəməsinin, istərsə də Şəki Apelyasiya Məhkəməsinin qərarlarında ifadə etdikləri aradan qaldırılması mümkün olmayan zidiyyətli xüsusatlar, yəni tərəflər arasında borcun ödənilməsi, tələbkarın borcu qəbul etməsi, aralarında ki, razılaşmalar, vədləri buna dair hadisələr, hansı ki, protokola baxılması prosesində borclunun hərəkətində inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, şübhə yaradan hadisələr mülki iş üzrə qətnamənin Mingəçevir Şəhər Məhkəməsinin icraatında olduğu tarixlərdə baş vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-60\2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Borclu ilə xx.xx.2024-ci il tarixdə izahat işi aparılarkən tələbkarla arasında inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələrə səbəb olan hadisələrin qətnamə elan edildikdən, lakin icra sənədi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmadan əvvəl baş verdiyini söyləmişdir. Tələbkar da bu hadisələrin icra sənədinin icra şöbəsinin icraatına daxil olmadığı tarixlərdə baş verdiyini bildirmişdir. Hazır ki, mərhələdə Borclur oğlundan Tələbkar xeyrinə qətnamə üzrə qət edilmiş 11260 manat pul tələbindən hansı məbləğdə pul alınıb ödənilməsi aradan qaldırılması mümkün olmayan həqiqətdir. Yuxarıda qeyd olunanlara əsasən 2(051)-60/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməyə izah verilməsini xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinə izah verilməsi məsələsinin Məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tələbkara və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, tələbkar və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin nümayəndəsi və tələbkarın ştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizənin dəlillərini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməli, ərizədə göstərilən qərardada izah verilməsindən imtina olunmalıdır. Belə ki, mülki iş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinin nəticə hissəsində konkret olaraq cavabdehdən tutulmalı məbləğ yəni, 11250 manat pul məbləğinin və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pulun Borclu alınıb Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsi verilmişdir. İcra vərəqəsində 11250 manat pul məbləğinin və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pulun Borclu alınıb Tələbkar verilməsi öz əksini tapmışdır. Göründüyü kimi, icra sənədinin icra edilməsi, qətnamədə qeyd olunan borc məbləğinin borcludan alınaraq tələbkara qaytarılması qaydalarını tənzimləyən qanun norması həmin halı özündə ehtiva etdiyindən, icra sənədində qeyd olunan borc məbləğinin icraya yönəldikdən sonra qalıq borcun müəyyən edilməsi və ya ödənilməsi məsələsi icra məmurunun səlahiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından da görünür ki, qətnamə çıxarılmış, icra edilməsi üçün icraya yönəldilmiş qeyd olunan borc məbləğinin miqdarı konkret göstərilmiş və iş materiallarında olan sənəd və tərəflərin izahatları ilə icra sənədində qeyd olunan borc məbləğinin tələbkara ödənilməsi və ya ödənilməməsi məsələsi icra məmurunun birbaşa səlahiyyətinə aid olan məsələdir. Bununla da məhkəmənin 2(051)-60/2024 saylı 19 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin izah verilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-60/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə izah edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar