Məhkəmə qərarları › İş №8(053)-1/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-1/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-1/2023 09.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 2(106)-348/2020 nömrəli iş üzrə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən 20 fevral 2020-ci ildə qəbul olunmuş icra vərəqəsinə əsasən 04 may 2010-cu il tarixdə doğulmuş X1 üçün Borclu hər ay 70 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəyli təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. O, sonradan ərizə ilə məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş edib. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəylinin təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar