Məhkəmə qərarları › İş №8(053)-11/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-11/2023

14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-11/2023 14.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə Neftçala rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(053)-688/2022 nömrəli icra sənədinə əsasən Borclu 10.250 (on min iki yüz əlli) manat kredit müqaviləsi üzrə borc və 121 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. Neftçala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu 10.250 manat kredit müqaviləsi üzrə borcun və ödənilmiş 121 manat dövlət rüsumunun, cəmi 10.371 manat pulun tutularaq Tələbkar ödənilməsinə dair Neftçala Rayon Məhkəməsinin 2(053)-688/2022 saylı, 26 dekabr 2022-ci il tarixli icra vərəqəsi 05 yanvar 2023-cü il tarixində icrata daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş verilmiş və onun izahatları alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədi ilə sorğular edilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Xəlilov X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1V, mənzil 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq həmin ünvanda yaşamadığı və onun yeri məlum olmadığı üçün barəsində 21 fevral 2023-cü il tarixində axtarış qərarı qəbul olunmuş və qərar icra olunmaq üçün həmin tarixdə Neftçala rayon polis şöbəsinə göndərilmişdir. Neftçala rayon polis şöbəsinin 21 mart 2023-cü tarixli məktubunda Borclu barəsində axtarış işi açılaraq onun ünvanının müəyyənləşdirilməsi sahəsində tədbirlərin həyata keçirildiyi bildirilmişdir. Borclu axtarışla tutularaq 17 aprel 2023-cü il tarixdə Neftçala rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Onun barəsində 17 aprel 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmiş və Neftçala Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 550 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, hal-hazıradək borcundan ödəniş etməmişdir. Borclu Azərbaycan Respublikası ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru borclu – ünvan 1 ünvanında qeydiyyatda olan 26 avqust 1991-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ramin Aslanov məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(053)-688/2022 nömrəli icra sənədinə əsasən Borclu 10.250 manat borc və 121 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə Borclu borcunu hissə-hissə ödəməyə söz versə də, borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 26 avqust 1991-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 3 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Neftçala Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(053)-688/2022 nömrəli icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar