Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-11/2025 13.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Yusifzadə Ziya Elşad oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5, Borclu, Tələbkar iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Salyan Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(057)-116/2025 nömrəli icra sənədinə əsasən Borclu 28 iyun 2018-ci il təvəllüdlü X2 və 25 aprel 2023-cü il təvəllüdlü X1 üçün 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınaraq hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 21 yanvar 2025-ci il tarixli qərarla icraatına başladığı Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 2(057)-116/2025 nömrəli icra sənədinə əsasən xx xxxx 1994-cü ildə doğulmuş və Neftçala rayonu, Kür Qarabucaq kəndində qeydiyyatda olan Borclu hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınaraq hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 21 yanvar 2025-ci il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və onun izahatı alınmışdır. Lakin tələb tam olaraq icra olunmadığından borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış, elektron icra sistemindən əldə olunmuş sorğulara əsasən onun adına hər hansı əmlak və gəlir aşkar olunmamışdır. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında təqdimatı müdafiə edərək qeyd etmişdir ki, təqdimat məhkəməyə təqdim olunan zaman borclunun 2.325 manat borcu olmuş, lakin borclu həmin borcdan 1.750 manat məbləğində ödəniş etmiş və 1.407 manat məbləğində borcu qalmışdır. Təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Borclu təqdimata məhkəmədə baxılması zamanı ölkə xaricinə getmədiyini və təqdimatın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Tələbkar təqdimata məhkəmədə baxılması zamanı təqdimatın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icra məmurunu, borclunu və tələbkarı dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Salyan Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(057)-116/2025 nömrəli icra sənədinə əsasən Borclu 28 iyun 2018-ci il təvəllüdlü X2 və 25 aprel 2023-cü il təvəllüdlü X1 üçün 25 sentyabr 2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınaraq hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Borclu bu müddət ərzində icra sənədi üzrə 1.750 manat məbləğində ödəniş etmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü ildə Neftçala rayonu, Kür Qarabucaq kəndində doğulmuş, Neftçala rayonu, Kür Qarabucaq kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-11/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-11/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver