Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-12/2024 21.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük məmuru X1, Tələbkar Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X6, Borclu iştirakı ilə Neftçala rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Borclu əmlakının üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla Neftçala Rayon Məhkəməsinə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Neftçala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi təqdimatı onunla əsaslandırmışdır ki, Tələbkar 11 saylı region üzrə X5 MN ******* saylı, 24 aprel 2019-cu il tarixli qərarına əsasən Borclu 3000 manat cərimə olunmuş, icra sənədi 13 iyun 2019-cu il tarixdə icraata qəbul edilmiş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş göndərilmiş və izahatı alınmışdır. Borclu icra sənədi üzrə inzibati cərimədən hal-hazıra kimi 50 manat müvafiq hesaba ödəniş etmişdir. Lakin Borclu inzibati cərimənin qalan 2950 manat hissəsini ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmişdir. “Elektron İcra” İnformasiya Sistemində olan məlumatlara əsasən Borclu mülkiyyətində “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Buna görə də tələbin Borclu əmlakına yönəldilməsi və borclunun mülkiyyətində olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq məcburi qaydada saxlanılıb cərimə meydançasına qoyulması barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş və təqdimat təmin edilmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Neftçala rayon İcra və Probasiya şöbəsinə 12 aprel 2022-ci il tarixdə verilmiş və həmin nəqliyyat vasitəsinin saxlanılması üçün məhkəmənin qərardadı 12 aprel 2022-ci il tarixli 399, 400 və 401 saylı məktublarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə, Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərilmişdir. Bütün bunlara baxmayaraq hal-hazıradək həmin avtomobil yol polisi tərəfindən saxlanılmamışdır. Qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-1-ci maddəsinə əsasən qanun əsasında borclunun dövlətə olan borcu silindikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı borcunu ödəyə bilməməsini maddi imkanı ilə əlaqələndirmiş, 11 nəfərdən ibarət ailə üzvü olduğunu, imkansızlıq səbəbindən də ödəniş edə bilmədiyini, habelə ona məxsus nəqliyyat vasitəsinin tam yararsız vəziyyətdə olduğu üçün artıq istismarda olmadığını, yəni yararsız olduğu üçün metal əvəzi kəsilərək satdığını bildirmişdir. O, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilmədiyindən qanunvericiliyə uyğun olaraq icra sənədinin artıq icra edilməməli olduğunu, bu səbəbədən də nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkarın etibarnamə ilə təmsil olunan nümayəndəsi X7 Xidməti Şirvan-Salyan regional şöbəsinin əməkdaşı X8 borclu tərəfindən verilməli olan cərimə məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəmə, təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Tələbkar 11 saylı region üzrə X5 MN ******* saylı, 24 aprel 2019-cu il tarixli qərarından görünür ki, fiziki şəxs olan Borclu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 işlərin yerinə yetirilməsinə cəlb etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuş və bu səbəbdən 3000 manat cərimə olunmuşdur. Borclu icra sənədi üzrə inzibati cərimədən hal-hazıra kimi 50 manat müvafiq hesaba ödəniş etmiş, inzibati cərimənin qalan 2950 manat hissəsini ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmişdir. “Elektron İcra” İnformasiya Sistemində olan məlumatlara əsasən Borclu mülkiyyətində “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. Buna görə də tələbin Borclu əmlakına yönəldilməsi və borclunun mülkiyyətində olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq məcburi qaydada saxlanılıb cərimə meydançasına qoyulması barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmiş və təqdimat təmin edilmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Neftçala rayon İcra və probasiya şöbəsinə 12 aprel 2022-ci il tarixdə verilmiş və həmin nəqliyyat vasitəsinin saxlanılması üçün məhkəmənin qərardadı 12 aprel 2022-ci il tarixli 399, 400 və 401 saylı məktublarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə, Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərilmişdir. Göründüyi kimi Neftçala rayon İcra və Probasiya şöbəsi üzərinə düşən vəzifələri lazımınca icra etmiş, lakin borcluya məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq qaydada saxlanılması təmin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, qeyd olunan iş üzrə Neftçala rayon İcra və probasiya şöbəsində 13 iyun 2019cu il tarixli İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Neftçala rayon İcra və probasiya şöbəsi tərəfindən borcluya 13 iyun 2019-cu il tarixdə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala rayon İcra və Probasiya şöbəsi 14 mart 2022-ci il tarixli təqdimatla Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və cərimə meydançasına yerləşdirilməsi barədə Neftçala Rayon Məhkəməsinə təqdimat verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadından görünür ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala rayon İcra və Probasiya şöbəsi tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin saxlanılması üçün məhkəmənin qərardadı 12 aprel 2022-ci il tarixli 399, 400 və 401 saylı məktublarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə, Şirvan Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən “inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir”. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-1-ci maddəsinə əsasən “qanun əsasında borclunun dövlətə olan borcu silindikdə icra sənədi üzrə icraata xitam verilir”. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən icra sənədi üzrə borclunun əmlakının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(053)- 13/2022 saylı 28 mart 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsini, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-13/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “Mersedes-Benz 1318 yük” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-12/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-12/2024
21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver