Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-13/2023 14.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)-3999/2008 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2008-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh Borclu əsas borc 12000 (on iki min) ABŞ dollarının manatla məzənnəsi tutularaq Tələbkar ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3999/2008 nömrəli, 10 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 12000 ABŞ dollarının manatla məzənnəsi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 19 may 2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş göndərilmiş və onun izahatı alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədi ilə sorğular edilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu tələbkar X3 hal-hazıradək ümumilikdə 5340 manat pul ödəmişdir. Lakin Borclu dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq o, hal-hazıradək qalan borcunu ödəməmişdir. Borclu Azərbaycan Respublikası ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəyli məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Borclu və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)-3999/2008 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2008-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh Borclu əsas borc 12000 (on iki min) ABŞ dollarının manatla məzənnəsi tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu borcundan 5340 manat ödəniş etsə də, qalan borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Yuxarıda göstərilənlərə əsasən 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 01 avqust 1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(103)-3999/2008 nömrəli icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-13/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-13/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver