Məhkəmə qərarları › İş №8(053)-13/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-13/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-13/2024 01.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, X3nun, Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə Maraqlı şəxs icra məmuru X1 06 iyun 2024-cü il tarixli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayətlə müraciət edərək, Maraqlı şəxs icra məmuru X1 09 iyul 2020-ci il tarixli 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 06 iyun 2024-cü il tarixli qərarının qanunsuz hesab olunaraq ləğv edilməsini, həmin icra sənədinin qalıq borcun icra edilməsi üçün yenidən müvafiq icra qurumuna göndərilməsini və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. X17 şikayətində və məhkəmə iclasında bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə uşağı X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin X4 alınaraq onun xeyrinə tutulması qət edilmiş və bununla bağlı icra sənədi tərtib edilərək icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Qeyd edir ki, qətnamənin icraya yönəldilməsindən xeyli müddət keçdiyinə baxmayaraq icra sənədi heç bir həcmdə icra edilməmiş, uşağı yetkinlik yaşına çatsa da, icra sənədi üzrə tələb qalıq borc olaraq qalmışdır. İcra məmurunun 06 iyun 2024-cü il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata maddi və prosessual hüquq normaları pozulmaqla, səlahiyyəti olmayan şəxs tərəfindən, yəni nümayəndəsi olan anası X15 tərəfindən yazılmış ərizə əsasında xitam verilərək icra sənədi məhkəməyə qaytarılmışdır. Hesab edir ki, 09 iyul 2020-ci il tarixli 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı qanunsuz sayılmalı və ləğv edilməlidir. Çünki nümayəndənin hüquq və səlahiyyətlərini nəzərdə tutan «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 34cü maddəsində nümayəndənin tələbkar adından tələbdən imtina etmək səlahiyyəti yoxdur. Buna baxmayaraq, icra məmuru Mübariz İbrahimbəyli nümayəndəsi tərəfindən verilmiş tələbdən imtina barədə ərizəni əsas götürərək 06 iyun 2024-cü il tarixdə «icraata xitam verilməsi haqqında» qərar qəbul etmişdir. Tərəfindən anası X10 verilmiş etibarnamənin məzmunundan görünür ki, nümayəndəyə icra sənədləri üzrə icraatda onu təmsil etmək səlahiyyəti verilməyib. Həmin etibarnamədə qeyd edilən «bütün dövlət orqanlarında təmsil etmək səlahiyyəti» isə məhkəmə qərarlarının icrası mərhələsini özündə ehtiva etmir. Bundan əlavə borcludan alimentin tutulmasına dair tələblər üzrə məhkəmə qərarları vaxtaşırı ödəmələr şəklində icra edildiyindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə icra sənədi üzrə icraata xitam verilməsi halında icra məmuru ilk növbədə tələbin tam ödənilib-ödənilmədiyini, qalıq borcun mövcud olubolmadığını aydınlaşdırmalıdır. Lakin göstərilən xüsusatlar icra məmuru tərəfindən araşdırılmadan, icra sənədi üzrə icraata ciddi prosessual pozuntulara yol verilməklə Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Tələbkar həmçinin qeyd edir ki, hazırkı iş üzrə icraata xitam verilməsinə əsas olmuş ərizə alimentin tutulmasına dair işlər üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur. Valideynlər öz aralarındakı razılaşma ilə hər hansı birini övladını saxlamaq vəzifəsindən azad edə bilməzlər. Eyni zamanda övladını saxlamaq üçün xeyrinə aliment tutulan valideyn bu barədə tələbdən öz mülahizəsinə görə imtina edə bilməz. Onlar yalnız birgə övladlarının saxlanılması qaydalarını müəyyən edərək barışıq sazişi bağlaya bilərlər və həmin barışıq sazişi qanuna müvafiq qaydada təsdiqlənməlidir. Lakin belə bir saziş və məhkəmə qərardadı mövcud deyil. Həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən tələbkarın tələbdən imtina etməsi yalnız məhkəmənin həmin imtinanı qəbul etdiyi halda iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Lakin hazırkı iş üzrə tələbdən imtina edilməsinin məhkəmə tərəfindən qəbul edilməsinə dair heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs icra məmuru X2 şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd edərək bildirmişdir ki, sözügedən icra sənədi əvvəllər bir neçə icra məmurunun icraatında olmuş və 04 aprel 2024-cü ildə ona təhvil verilmişdir. İcra işini araşdırarkən ona məlum olmuşdur ki, hər iki tərəfdən ərizə alınmış, lakin sonradan heç bir prosessual hərəkət yerinə yetirilməmişdir. Bir müddət əvvəl tələbkarın atası Malik Rəcəbov Maraqlı şəxsnə gələrək tərəflərin barışmaları və onların iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə vermək istədikləri barədə şifahi məlumat vermişdir. Bundan sonra tələbkarın etibarnamə üzrə nümayəndəsi olan anası X15 və borclu X13 şöbəyə gələrək hər biri ayrı-ayrılıqda icra sənədi üzrə tələbdən imtina etmələri barədə ərizələr təqdim etmişlər. X5 ərizəsi 04 iyun 2024-cü il tarixdə, X7 ərizəsi isə 06 iyun 2024-cü il tarixdə şöbənin qeydiyyatına alınmışdır. Hər iki tərəf barışdıqlarını qeyd edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini təkidlə tələb etmişlər. Bundan sonra tərəflərin ərizələri nəzərə alınaraq icra sənədləri üzrə icraata xitam verilməsi haqqında tərəfindən müvafiq olaraq 04 iyun və 06 iyun tarixli qərarlar qəbul edilmişdir. Həmin qərarları qəbul edərkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab etməmiş və nəticədə sözügedən Qanunun 20.1.5-ci maddəsinə istinad etmişdir. Borclu X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və icra məmurunu dinləyib, hazırkı işi, 2(053)-405/2020 nömrəli mülki işi və icra işini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli mülki iş üzrə 09 iyul 2020ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X16 qarşı iddiası qismən təmin edilərək, iddiaçı ilə cavabdehin nikahı pozulmuş, onların birgə nikahından 26 yanvar 2010-cu ildə doğulmuş X14 anası X5 yanında, 20 sentyabr 2005-ci ildə doğulmuş X9 isə atası X12 yanında qalmaları müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 26 yanvar 2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X11 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 verilməli, alimentin hesablanması 02 iyun 2020-ci il tarixindən həyata keçirilməlidir. Bununla yanaşı, 20 sentyabr 2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X4 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq cavabdeh X16 verilməli, alimentin hesablanması 09 iyul 2020-ci il tarixindən həyata keçirilməlidir. 2(053)-405/2020 nömrəli mülki işin materiallarından görünür ki, 09 iyul 2020-ci il tarixli qətnamənin alimentlə bağlı hissədə icrası üçün 09 iyul 2020-ci ildə iki ədəd icra vərəqəsi verilib. Həmin icra sənədlərindən birinə görə 26 yanvar 2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X11 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 verilməli, alimentin hesablanması 02 iyun 2020-ci il tarixdən həyata keçirilməlidir. Digər icra sənədinə əsasən 20 sentyabr 2005-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X4 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq cavabdeh X16 verilməli, alimentin hesablanması 09 iyul 2020-ci il tarixindən həyata keçirilməlidir. Hazırkı işin materiallarından görünür ki, X13 11 avqust 2020-ci ildə Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən birinci icra sənədi üzrə aliment tələbindən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, X12 nümayəndəsi (anası) X15 12 avqust 2020-ci ildə Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən ikinci icra sənədi üzrə aliment tələbindən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra işindən görünür ki, X5 və X7 yuxarıda qeyd olunan ərizələri ilə bağlı icra məmuru tərəfindən heç bir tədbir görülməyib. Eyni zamanda icra işi ilə müəyyən olunur ki, ötən dövrdə istər X17, istərsə də X4 ümumiyyətlə heç bir aliment məbləği tutulmayıb. Bunlarla yanaşı, 2(053)-405/2020 nömrəli mülki işin materiallarından görünür ki, X12 nümayəndəsi (anası) X15 12 may 2024-cü il tarixində yenidən Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən icra sənədi üzrə tələbdən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 06 iyun 2024-cü il tarixli qərarı ilə X7 ərizəsi nəzərə alınaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi rəhbər tutularaq müvafiq icra sənədi üzrə icraata xitam vermişdir. 2(053)-405/2020 nömrəli mülki işin materiallarından həmçinin görünür ki, X13 30 may 2024-cü il tarixində yenidən Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən icra sənədi üzrə tələbdən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərarı ilə X5 ərizəsi nəzərə alınaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi rəhbər tutularaq müvafiq icra sənədi üzrə icraata xitam vermişdir. İş materiallarına X17 tərəfindən anası X10 verilmiş 11 iyun 2020-ci il tarixli AR-İİ seriyalı 031306 nömrəli etibarnamənin surəti əlavə olunub. Həmin etibarnamədə «etibar edən» X17 tərəfindən «etibar edilən» X10 aşağıdakı səlahiyyətlər verilmişdir: «həmin etibarnamədə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün daşınmaz əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək barədə əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan, teleqrafdan, banklardan mənə çatası əmlakı, eləcədə sənədləri almağı, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda, o cümlədən Qeydiyyat şöbələrində, DƏDRX-də «Asan Xidmət» və «Asan Kommunal» mərkəzlərində, notariat ofislərində, bank orqanlarında məni təmsil etməyi, mənə çatası kartı, pin zərfini və digər zəruri sənədləri almağı, aldığına dair imza etməyi, vergi orqanlarında nümayəndəm olmağı, vergi hesabatları verməyi, mənim adımdan zəruri sənədləri aidiyyəti orqanlara təqdim etməyi, mənə çatası sənədləri almağı, işləri aparmağı, mənim əvəzimə sənədlərə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizə yazmağı və digər hərəkətləri etməyi ona etibar edirəm…». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.1-ci maddəsinin tələbinə görə nümayəndənin icra sənədini geri çağırmaq səlahiyyəti təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə xüsusi qeyd olunmalıdır. X17 tərəfindən X10 verilmiş 11 iyun 2020-ci il tarixli etibarnamədə sonuncunun icra sənədini geri çağırmaq (icradan imtina etmək) səlahiyyəti təsbit olunmayıb. Beləliklə, işin faktik halları ilə müəyyən olunur ki, 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnamə Neftçala Rayon Məhkəməsi tərəfindən icraya yönəldilərək iddiaçı ilə cavabdehin bir-birinə qarşı aliment tələbinə dair iki ədəd icra vərəqəsi verilmiş, bir icra sənədi üzrə tələbkar X13 11 avqust 2020-ci ildə, digər icra sənədi üzrə X3nun nümayəndəsi X15 isə 12 avqust 2020-ci ildə ərizələrlə Maraqlı şəxsnə müraciət edərək icradan imtina etdiklərini bildirməklə icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmin ərizələrlə bağlı icra məmuru tərəfindən heç bir tədbir görülməyib. İşin faktik halları ilə eyni zamanda müəyyən olunur ki, ötən dövrdə X11 və X4 heç bir aliment məbləği tutulmayıb. Sonradan, yəni müvafiq olaraq 12 və 30 may 2024-cü il tarixlərində bir icra sənədi üzrə X3nun nümayəndəsi X15 həmçinin digər icra sənədi üzrə tələbkar X13 yeni ərizələrlə Maraqlı şəxsnə müraciətlər edərək yenidən icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Maraqlı şəxs icra məmuru yuxarıda göstərilən ərizələri nəzərə alıb, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq 04 və 06 iyun tarixli qərarlarla icra sənədləri üzrə icraata xitam vermişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icraata xitam verilməsinin əsaslarını və qaydasını müəyyən edən 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: «20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda». Göründüyü kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində nəzərdə tutulan əsasla icra sənədi üzrə icraata xitam verilməsi yalnız icra sənədi tam icra olunduqda mümkündür. İşin faktik hallarından isə görünür ki, borclu X4 X3nun xeyrinə aliment tutulmasına dair 2(053)-405/2020 nömrəli icra sənədi ümumiyyətlə icra olunmayıb. Belə olan halda həmin icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində nəzərdə tutulan əsasla xitam verilə bilməzdi. Məhkəmə şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2 – 20.1.4-cü maddələrində nəzərdə tutulan əsaslar da mövcud olmayıb. Həmin Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulan əsasa gəldikdə isə məhkəmə qeyd edir ki, bu əsasla icraata xitam verilməsi yalnız o, halda mümkün ola bilər ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etmiş olsun. Bunu, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərini nəzərə aldıqda görünür ki, qeyd olunan Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulan əsasla icra sənədi üzrə icraata xitam verilməsi üçün ilk növbədə məhkəməyə müraciət olunmalı, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdiyi halda bununla bağlı qərardad qəbul etməli, icra məmuru göstərilən qərardadı nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməlidir. İşin faktik hallarından görünür ki, icraata xitam verilərkən yuxarıda göstərilən prosessual hərəkətlər də icra olunmayıb. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, iş materiallarını və şikayətin dəlillərini nəzərdən keçirib belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Maraqlı şəxs icra məmuru X1 06 iyun 2024-cü il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmalı və həmin icra sənədi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru X1 Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair 06 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin və həmin icra sənədi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar