Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-13/2025 16.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(053)-23/2019 saylı qərardadı ilə Borclu məxsus «QAZ 330210-yük» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 367/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Neftçala rayonu, Mürsəqulu kəndində yaşayan Borclu oğlundan 4.000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Görülmüş icra tədbirləri nəticəsində Borclu mülkiyyətində «QAZ 330210-yük» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və Neftçala Rayon Məhkəməsinin 8(053)-23/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar Salayev X4 rayon İcra və probasiya şöbəsinə müraciət edərək Borclu icra sənədi üzrə borcunu tam ödədiyini bildirib icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu mülkiyyətində olan «QAZ 330210- YÜK» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(053)-367/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Neftçala rayonu, Mürsəqulu kəndində yaşayan Borclu 4.000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 8(053)-23/2019 nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla Neftçala Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(053)-367/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «QAZ 330210-yük» markalı 47BD439 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması, nəqliyyat vasitəsinin aşkar edildiyi yerdə dayandırılması və saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cərimə meydançasına (xüsusi saxlanc yerinə) yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Tələbkar tərəfindən Neftçala rayon İcra və probasiya şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, icra sənədi üzrə borc ödənildiyinə görə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Göründüyü kimi, icra sənədi üzrə borclunun əmlakının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Borclu icra sənədi üzrə tələbkara olan borcunu tam ödəmişdir. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(053)-23/2019 nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə Borclu məxsus «QAZ 330210-yük» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 162.1, 162.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-23/2019 nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qərardadı ilə Borclu məxsus «QAZ 330210-yük» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs və digər məhdudiyyətlər götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-13/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-13/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver