Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-14/2024 08.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Borclu, Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə Maraqlı şəxs icra məmuru X1 04 iyun 2024-cü il tarixli qərarından tələbkar Hüseynova (Rəcəbova) Adilə Mansur qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Hüseynova (Rəcəbova) Adilə Mansur qızı məhkəməyə şikayətlə müraciət edərək, Maraqlı şəxs icra məmuru X1 09 iyul 2020-ci il tarixli, 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsinə dair 04 iyun 2024-cü il tarixli qərarının qanunsuz hesab olunaraq ləğv edilməsini, həmin icra sənədinin icra edilməsi üçün yenidən müvafiq icra qurumuna göndərilməsini xahiş etmişdir. X11 şikayətində bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə uşağı X15 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Borclu alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Neftçala Rayon Məhkəməsinin e-2(053)- 512/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsinə əsasən 26 yanvar 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 150 (yüz ǝlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Birinci iş üzrə icraat barədə qərar qəbul edilməmiş və iş üzrə onun 26 yanvar 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulması, alimentin hesablanması isə 01 oktyabr 2023-cü il tarixindən həyata keçirilməsi iddiasının icrası üçün 07 oktyabr 2023-cü il tarixində Maraqlı şəxsnə müraciəti olmuş, cavabında bildirilmişdir ki, yuxarıda göstərilən ərizələrə əsasən müvafiq icra sənədləri üzrə icraata xitam verilib. Halbuki belə qərar verilməmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ilə həmin şöbənin icra məmuru X3 xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini nəzərdən keçirərək 4 il keçdikdən sonra ona heç bir rəsmi məlumat vermədən Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir. Qərarın surəti Neftçala Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qeyd olunsa da ona verilməmiş və həmin işlər üzrə Nümayəndə xx.xx.2024-cü il tarixdə verilmişdir. Eyni zamanda Borclu nümayəndəsi (anası) X17 tərəfindən ərizə verilərək Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli, 09 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan alimentin tutulmaması barədə ərizəsi üzrə qəbul edilmiş Neftçalan rayon İcra və probasiya şöbəsinin qərarının ləğv edilməsini xahiş etmiş, iş üzrə 01 iyul 2024-cü il tarixdə Neftçala Rayon Məhkəməsində iclas təyin edilmişdir. Borclu nümayəndəsi (anası) X17 məhkəmədə iddiaçını təmsil edə bilir, amma Maraqlı şəxsndə verdiyi ərizə keçərsiz hesab edilir və buna görə icraata xitam qərarından şikayət verilir ki, həmin müddət ərzində ödənilməmiş alimenti hesabladaraq ondan tutulmasını təmin etsinlər. Alimentin ödənilməməsindən ötrü bütün vasitələrə əl atan cavabdeh tərəf bu səfər aldadıcı variatdan istifadə etmək qərarına gəlməklə övladı üçün ödəyəcəyi alimenti ödəməmək üçün hər varianta əl atır. O da onun adından verilmiş kserosurət ərizəni əsassız hesab edilməklə qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Onun heç bir rəsmi müraciəti olmadığı halda icraata xitam verilməli deyildi və buna görə də həmin qərar ləğv edilməli və qarşı tərəfdən hüquqdan sui-istifadə edilməsinə yol verilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən “Hüquqlardan sui-istifadəyə yol verilmir”. Həmin icra sənədi tam icra olunmadığı üçün ləğv edilməlidir. İcra haqqında Qanunun 20.1.5-ci maddəsində göstərilir ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi burada görünüş xatirinə qərar verilib və Borclu bu vəziyyətdən suiistifadə etməyə çalışır. Qərar qəbul edilərkən X7 adından ərizə olduğu bildirilir. Halbuki belə soyadla müraciəti daxil olmamışdır. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. X2 və onun nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq, onlar gəlməmiş, tələbkar Adilə Hüseynovanın nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək şikayətin əsaslı olduğundan təmin edilməsini, X4 rəsmi ərizəsi olmadığı halda ksero surət ərizə ilə qərar qəbul edildiyini, nümayəndə vəkil olaraq üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, şikayətə tələbkar və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu işin məhkəmə baxışı iclasında həmçinin məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 saylı, 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə övladı X15 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin ondan tutularaq X7 xeyrinə ödənilməsi qət edilmiş və icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Eyni məhkəmənin e-2(053)-512/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən övladı X15 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin ondan tutularaq X7 xeyrinə ödənilməsi qət edilmiş və 03 iyun 2024cü il tarixdə dərhal icra edilməli icra vərəqəsi qismində yenə eyni icra qurumuna göndərilmişdir. Yuxarıda göstərilən ikinci icra sənədi 03 iyun 2024-cü il tarixdə Maraqlı şəxs icraatına daxil olduğu üçün eyni məzmunlu tələbə dair birinci icra sənədi üzrə icraata şöbənin icra məmuru X3 tərəfindən 04 iyun 2024-cü il tarixdi qərarla, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə (icra sənədi tam icra olunduqda) müvafiq olaraq xitam verilmişdir. Qərardan narazı qalan tələbkarın nümayəndəsi şikayət verərək məhkəmədən həmin qərarın ləğv edilməsini və icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Hesab edir ki, şikayətin dəlilləri əsassızdır və tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, icra məmurunun mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə aliment tələbləri ilə əlaqədar münasibətlər davam edən hüquq münasibətləri kateqoriyasına daxil olduğu üçün bu barədə eyni məzmunlu icra sənədləri bir neçə dəfə icra üzrə icraata yönəldilə bilər. İş materiallarından göründüyü kimi X4 tələbkar olduğu aliment tələbi üzrə icra vərəqələri Maraqlı şəxsnə 2 dəfə - 09 iyul 2020-ci il və 03 iyun 2024-cü il tarixlərdə verilmişdir. Belə olduğu halda icra məmuru davam edən hüquq münasibətləri çərçivəsində yeni icra sənədi icraata daxil olduqda aşağıdakı prosessual hərəkətləri həyata keçirməlidir: 1. Əvvəlki icra sənədi üzrə qalıq borcun olub- olmamasını müəyyən etməli; 2. Qalıq borc olduqda tələbi həmin borc üzrə icra etməli, olmadıqda isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq həmin icra sənədi üzrə icraata xitam verməlidir. Hazırkı iş üzrə icra işindən də göründüyü kimi, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının qəbul edilməsinə əsas olmuş ərizədə tələbkarın tələbdən imtina etdiyi göstərilsə də, icra sənədi üzrə icraata Qanunun 20.1.1-ci maddəsi ilə deyil, 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Belə ki, eyni məzmunlu qətnamə icra üzrə icraata 03 iyun 2024-cü il tarixdə yönəldiyindən əvvəlki icra sənədi üzrə açılmış icra işi araşdırılmış, tələbkarın hər hansı bir şikayəti və ya qalıq borc barədə məlumatı olmadığından həmin icra sənədi üzrə icraata 04 iyun 2024-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilərkən icra məmuru tərəfindən prosessual qaydalara tam riayət olunmuşdur. Yalnız bu tarixdən sonra tələbkarın nümayəndəsi qərardan şikayət verərək icra sənədinin tam icra olunmadığını, yazılmış ərizənin tələbkar tərəfindən yazılmadığını bildirməklə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, tələbkarın 08 aprel 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş iddia ərizəsində Neftçala Rayon Məhkəməsinin 2(053)- 405/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan alimentin tutulduğu etiraf edilmişdir. Bundan əlavə, tələbkar sözügedən icra sənədinin hansı həcmdə icra edilmədiyini qeyd etməməklə mövqeyini mücərrəd olaraq əsaslandırmış, bu istiqamətdə olan dəlillərini şərh etməmişdir. Belə olduğu halda hesab edir ki, hazırkı iş üzrə şikayətin bəhs olunan dəlili yuxarıda göstərilənlərlə təkzib edildiyindən nəzərə alınmamalıdır. İcra sənədi üzrə icraata xitam verilməsinə əsas olmuş ərizənin tələbkar tərəfindən yazılmaması barədə dəlillərə isə tənqidi yanaşaraq bildirir ki, bu barədə hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi və ötən illər ərzində göstərilən halın mübahisələndirilməməsi həmin dəlilin də əsassız olduğunun əyani sübutudur. Məsələnin əsl məğzi isə ondan ibarətdir ki, tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayət əslində onun eyni iş üzrə tələbkar olduğu, icra məmurunun icraata xitam verilməsi haqqında qərarından verdiyi və məhkəmə tərəfindən 8(053)-13/2024 saylı, 01 iyul 2024-cü il tarixli qərardadla təmin olunan şikayətə cavab olaraq verilmiş və heç bir mahiyyət kəsb etməməkdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq 2(053)-405/2020 saylı, 09 iyul 2020ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru X1 04 iyun 2024-cü il tarixli qərarından X2nın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilən 2(053)-405/2020 saylı, 09 iyul 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru X1 qərarı X6 aid hissədə qanuni olduğundan dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs icra məmuru X3 şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd edərək bildirmişdir ki, sözügedən icra sənədi əvvəllər bir neçə icra məmurunun icraatında olmuş və 04 aprel 2024-cü ildə ona təhvil verilmişdir. İcra işini araşdırarkən ona məlum olmuşdur ki, hər iki tərəfdən ərizə alınmış, lakin sonradan heç bir prosessual hərəkət yerinə yetirilməmişdir. Bir müddət əvvəl borclunun atası Malik Rəcəbov Maraqlı şəxsnə gələrək tərəflərin barışmaları və onların iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə vermək istədikləri barədə şifahi məlumat vermişdir. Bundan sonra borclunun etibarnamə üzrə nümayəndəsi olan anası X17 və tələbkar Hüseynova (Rəcəbova) Adilə Mənsur qızı şöbəyə gələrək hər biri ayrı-ayrılıqda icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizələr təqdim etmişlər. X7 və X9 ərizəsi 04 iyun 2024-cü il tarixdə şöbənin qeydiyyatına alınmışdır. Hər iki tərəf barışdıqlarını qeyd edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini təkidlə tələb etmişlər. Bundan sonra tərəflərin ərizələri nəzərə alınaraq icra sənədləri üzrə icraata xitam verilməsi haqqında tərəfindən müvafiq olaraq 04 iyun və 06 iyun tarixli qərarlar qəbul edilmişdir. Həmin qərarları qəbul edərkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verilməsini mümkün hesab etməmiş və nəticədə sözügedən Qanunun 20.1.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, hazırkı işi, 2(053)-405/2020 nömrəli mülki işi və icra işini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli mülki iş üzrə 09 iyul 2020ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdeh Borclu qarşı iddiası qismən təmin edilərək, iddiaçı ilə cavabdehin nikahı pozulmuş, onların birgə nikahından 26 yanvar 2010-cu ildə doğulmuş X15 anası X7 yanında, 20 sentyabr 2005-ci ildə doğulmuş X13 isə atası Borclu yanında qalmaları müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 26 yanvar 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilməli, alimentin hesablanması 02 iyun 2020-ci il tarixindən həyata keçirilməlidir. Bununla yanaşı, 20 sentyabr 2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X5 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq cavabdeh Borclu verilməli, alimentin hesablanması 09 iyul 2020-ci il tarixindən həyata keçirilməlidir. 2(053)-405/2020 nömrəli mülki işin materiallarından görünür ki, 09 iyul 2020-ci il tarixli qətnamənin alimentlə bağlı hissədə icrası üçün 09 iyul 2020-ci ildə iki ədəd icra vərəqəsi verilib. Həmin icra sənədlərindən birinə görə 26 yanvar 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilməli, alimentin hesablanması 02 iyun 2020ci il tarixdən həyata keçirilməlidir. Digər icra sənədinə əsasən 20 sentyabr 2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X5 hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq cavabdeh Borclu verilməli, alimentin hesablanması 09 iyul 2020-ci il tarixindən həyata keçirilməlidir. Hazırkı işin materiallarından görünür ki, X16 11 avqust 2020-ci ildə Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən birinci icra sənədi üzrə aliment tələbindən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, Borclu nümayəndəsi (anası) X17 12 avqust 2020-ci ildə Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən ikinci icra sənədi üzrə aliment tələbindən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra işindən görünür ki, X7 və X9 yuxarıda qeyd olunan ərizələri ilə bağlı icra məmuru tərəfindən heç bir tədbir görülməyib. Eyni zamanda icra işi ilə müəyyən olunur ki, ötən dövrdə istər Borclu, istərsə də X5 ümumiyyətlə heç bir aliment məbləği tutulmayıb. Bunlarla yanaşı, 2(053)-405/2020 nömrəli mülki işin materiallarından görünür ki, Borclu nümayəndəsi (anası) X17 12 may 2024-cü il tarixində yenidən Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən icra sənədi üzrə tələbdən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərarı ilə X9 ərizəsi nəzərə alınaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi rəhbər tutularaq müvafiq icra sənədi üzrə icraata xitam vermişdir. 2(053)-405/2020 nömrəli mülki işin materiallarından həmçinin görünür ki, X16 30 may 2024-cü il tarixində yenidən Maraqlı şəxsnə ərizə ilə müraciət edib yuxarıda göstərilən icra sənədi üzrə tələbdən imtina etməklə həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X1 «icraata xitam verilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərarı ilə X7 ərizəsi nəzərə alınaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi rəhbər tutularaq müvafiq icra sənədi üzrə icraata xitam vermişdir. İş materiallarına Borclu tərəfindən anası X14 verilmiş 11 iyun 2020-ci il tarixli, AR-İİ seriyalı, 031306 nömrəli etibarnamənin surəti əlavə olunub. Həmin etibarnamədə «etibar edən» Borclu tərəfindən «etibar edilən» X14 aşağıdakı səlahiyyətlər verilmişdir: «həmin etibarnamədə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün daşınmaz əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək barədə əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan, teleqrafdan, banklardan mənə çatası əmlakı, eləcədə sənədləri almağı, bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda, o cümlədən Qeydiyyat şöbələrində, DƏDRX-də «Asan Xidmət» və «Asan Kommunal» mərkəzlərində, notariat ofislərində, bank orqanlarında məni təmsil etməyi, mənə çatası kartı, pin zərfini və digər zəruri sənədləri almağı, aldığına dair imza etməyi, vergi orqanlarında nümayəndəm olmağı, vergi hesabatları verməyi, mənim adımdan zəruri sənədləri aidiyyəti orqanlara təqdim etməyi, mənə çatası sənədləri almağı, işləri aparmağı, mənim əvəzimə sənədlərə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizə yazmağı və digər hərəkətləri etməyi ona etibar edirəm…». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.1-ci maddəsinin tələbinə görə nümayəndənin icra sənədini geri çağırmaq səlahiyyəti təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə xüsusi qeyd olunmalıdır. Borclu tərəfindən X14 verilmiş 11 iyun 2020-ci il tarixli etibarnamədə sonuncunun icra sənədini geri çağırmaq (icradan imtina etmək) səlahiyyəti təsbit olunmayıb. Beləliklə, işin faktik halları ilə müəyyən olunur ki, 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnamə Neftçala Rayon Məhkəməsi tərəfindən icraya yönəldilərək iddiaçı ilə cavabdehin bir-birinə qarşı aliment tələbinə dair iki ədəd icra vərəqəsi verilmiş, bir icra sənədi üzrə tələbkar X16 11 avqust 2020-ci ildə, digər icra sənədi üzrə tələbkar Borclu nümayəndəsi X17 isə 12 avqust 2020-ci ildə ərizələrlə Maraqlı şəxsnə müraciət edərək icradan imtina etdiklərini bildirməklə icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Həmin ərizələrlə bağlı icra məmuru tərəfindən heç bir tədbir görülməyib. İşin faktik halları ilə eyni zamanda müəyyən olunur ki, ötən dövrdə Borclu və X5 heç bir aliment məbləği tutulmayıb. Sonradan, yəni müvafiq olaraq 12 və 30 may 2024-cü il tarixlərində bir icra sənədi üzrə tələbkar Borclu nümayəndəsi X17 həmçinin digər icra sənədi üzrə tələbkar X16 yeni ərizələrlə Maraqlı şəxsnə müraciətlər edərək yenidən icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etmişlər. Maraqlı şəxs icra məmuru yuxarıda göstərilən ərizələri nəzərə alıb, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq 04 və 06 iyun tarixli qərarlarla icra sənədləri üzrə icraata xitam vermişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icraata xitam verilməsinin əsaslarını və qaydasını müəyyən edən 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: «20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda». Göründüyü kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində nəzərdə tutulan əsasla icra sənədi üzrə icraata xitam verilməsi yalnız icra sənədi tam icra olunduqda mümkündür. İşin faktik hallarından isə görünür ki, Borclu tələbkar Hüseynova (Rəcəbova) Adilə Mənsur qızının xeyrinə aliment tutulmasına dair 2(053)-405/2020 nömrəli icra sənədi ümumiyyətlə icra olunmayıb. Belə olan halda həmin icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsində nəzərdə tutulan əsasla xitam verilə bilməzdi. Məhkəmə şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi üçün «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2 – 20.1.4-cü maddələrində nəzərdə tutulan əsaslar da mövcud olmayıb. Həmin Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulan əsasa gəldikdə isə məhkəmə qeyd edir ki, bu əsasla icraata xitam verilməsi yalnız o, halda mümkün ola bilər ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etmiş olsun. Bunu, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərini nəzərə aldıqda görünür ki, qeyd olunan Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulan əsasla icra sənədi üzrə icraata xitam verilməsi üçün ilk növbədə məhkəməyə müraciət olunmalı, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdiyi halda bununla bağlı qərardad qəbul etməli, icra məmuru göstərilən qərardadı nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə əsaslandırılmış qərar qəbul etməli və bu qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməlidir. İşin faktik hallarından görünür ki, icraata xitam verilərkən yuxarıda göstərilən prosessual hərəkətlər də icra olunmayıb. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, iş materiallarını və şikayətin dəlillərini nəzərdən keçirib belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2(053)-405/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Maraqlı şəxs icra məmuru X1 04 iyun 2024-cü il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmalı və həmin icra sənədi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru X1 Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair 04 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin və həmin icra sənədi icra tədbirlərinin görülməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-14/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-14/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver