Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-15/2023 12.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Tələbkar, Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(021)-1430/2023 nömrəli icra sənədinə əsasən Borclu 01 sentyabr 2014-cü il təvəllüdlü X2 və 14 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 fevral 2023-cü ildən hesablanmaqla hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu 01 sentyabr 2014-cü il təvəllüdlü X2 və 14 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 fevral 2023-cü ildən hesablanmaqla hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(021)-1430/2023 nömrəli icra sənədi 17 aprel 2023-cü ildə icraata daxil olmuş və tərəfindən həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı borcluya bildiriş verilmiş və ondan izahatlar alınmışdır. Həmçinin icra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkar olunmamışdır. Aliment borcunu ödəmədiyi üçün borclu barəsində 09 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmiş və Neftçala Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu 2.240 manat məbğəlində olan aliment borcunu ödəməmişdir. Beləliklə, Borclu Azərbaycan Respublikasının ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zəruriyyət yaranmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tələbkar işə məhkəmədə baxılması zamanı təqdimatı müdafiə edərək bildirmişdir ki, borclunun məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə alimenti vaxtlı-vaxtında ödəməməsi ona uşaqlarının saxlanmasında kifayət qədər çətinliklər yaratmışdır. Borclu təxminən 7 aydan artıqdır ki, ona heç bir vəsait ödəmir. Onun aliment borcu hazırkı tarixə 2.400 manat təşkil edir. Hesab edir ki, borclunun aliment borcunun ödənilməsinə yönəli tədbir kimi onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu və tələbkarı dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(021)-1430/2023 nömrəli icra sənədinə əsasən Borclu 01 sentyabr 2014-cü il təvəllüdlü X2 və 14 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13 fevral 2023-cü ildən hesablanmaqla hər ay hər uşağa görə 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu icra sənədi üzrə aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Müvafiq icra işi üzrə icraata 17 aprel 2023-cü ildən başlandığına, alimentin hesablanmasının isə 13 fevral 2023-cü ildən başlanmasına baxmayaraq, bu günədək ötmüş təxminən 7 ay müddətində tələbkara borclu tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, borclunun icra sənədini icra etməməsi üzürsüz sayılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxxxx 1991-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-15/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-15/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver