Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-15/2025 05.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2nın Borclu iştirakı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası ilə bağlı X2nın ərizəsinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında 21 avqust 2015-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1859 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqları 11 iyun 2017-ci il təvəllüdlü X13 və 16 iyun 2021-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra onun yanında qalmasının müəyyən edilməsinə və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 450 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq iddiaçı X7 ilə cavabdeh Borclu arasında 21 avqust 2015-ci il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1859 nömrə ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra iddiaçı X3 yanında qalmaları müəyyən edilmiş, 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay, hər bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Tərəflər qətnamədən apellyasiya şikayəti verməmişlər. Beləliklə, Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli mülki iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Qətnamə icraya yönəldilib. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 30/2024 nömrəli mülki iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya edilməsini və qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mütənasib indeksasiyasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 25 aprel 2025-ci il tarixdə ərizəyə dəqiqləşdirmə ərizəsi verərək səhvən maraqlı şəxs qismində Neftçala rayon İcra və probasiya şöbəsini qeyd etdiyini, hazırda maraqlı şəxsin Bakı şəhəri Yasamal rayon İcra şöbəsi kimi oxunmasını xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, Borclu ilə birgə nikahlarından 11 iyun 2017-ci il təvəllüdlü X15 və 16 iyun 2021-ci il təvəllüdlü X19 doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 11 iyun 2017-ci il təvəllüdlü X15 və 16 iyun 2021-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum əmək haqqına indeksasiya edilməlidir. Yeni dəyişikliyə görə məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edərək alimentin indeksasiyasının tətbiq edilməsini xahiş edir. Borclu ərizəni qəbul etməyərək bildirmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə hər uşağa 170 manat olmaqla 2 uşağa görə ümumilikdə 340 manat alimenti çətinliklə ödəyir. Özü də qüsurlu olduğu üçün işləmir. Eyni zamanda o, ikinci dəfə ailə həyatı qurmuş, bu nikahdan da bir uşağı vardır. Vəziyyəti acınacaqlıdır. Hazırda aliment borcu var. Göstərilənləri nəzərə alaraq ərizənin rədd olunmasını məhkəmədən xahiş edir. Tələbkarı və borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, iddiaçı X7 ilə cavabdeh Borclu arasında 21 avqust 2015-ci il tarixdə bağlanmış və həmin tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1859 nömrə ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra iddiaçı X3 yanında qalmaları müəyyən edilmiş, 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 ilə Borclu arasında olan nikaha 16 avqust 2024-cü ildə Neftçala rayon qeydiyyat şöbəsində xitam verilmişdir. Nikah pozulduqdan sonra tələbkar “Quliyeva” soyadına qayıdıb. “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 11 iyun 2017-ci il təvəllüdlü X13 və 16 iyun 2021-ci il təvəllüdlü X19 adlı uşaqları doğulub. Uşaların atası Borclu, anası isə X5r. Borclu tərəfindən təqdim edilmiş “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X16 arasındakı nikah 16 oktyabr 2024-cü ildə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1656 nömrəsi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada “Xudaverdiyeva” soyadını qəbul edib. “Doğum haqqında” şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 15 dekabr 2024-cü il təvəllüdlü X17 adlı uşaqları doğulub. Uşağın atası Borclu, anası isə X6r. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən “Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər”. Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan sabit pul məbləğində alimentin indeksasiyasının prosessual əsasları Mülki Prosessual Qanunvericilikdə təsbit olunmuşdur. Qüvvədə olan qanunvericilikdə müəyyən məsələlərlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da vardır. Məsələn, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən “Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının (xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarla edilmiş dəyişiklər nəzərə alınmaqla) 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasınin yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. 2024-cü il üzrə isə ölkədə minimum aylıq əmək haqqı 345 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat (235 ABŞ dolları) müəyyən edilib. Ərizəçi məhkəməyə indeksasiya ilə bağlı 16 aprel 2025-ci il tarixdə yazılı olaraq müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli mülki iş üzrə 13 iyun 2024cü il tarixli qətnaməsi ilə 2 uşağın saxlanması üçün 04 avqust 2023-cü ildən başlayaraq hər ay sabit pul məbləğində tutulan aliment məbləğinin indeksasiya edilməsi nəzərə alınmalıdır. Belə ki, yuxarıda istinad olunmuş maddi hüquq normaları indeksasiyanın aparılması üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğinin və ya şərti maliyyə vahidinin artımını nəzərdə tutur. Tələbkar indeksasiya aparılması tələbini hazırki minimum əmək haqqına edilmiş dəyişiklik və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarı ilə əsaslandırır. Həmçinin qeyd edir ki, 2024-cü ildə minimum aylıq əmək haqqı 345 manat olub (2023-cü ildən xx.xx.2024-cü ilədək bu məbləğ dəyişməyib). Qətnamə ilə bir uşaq üçün tutulmuş alimentin miqdarı həmin il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,492 mislini təşkil edir (170:345=0,492) və ona görə də aliment indeksasiya olunaraq onun aylıq məbləği minimum aylıq əmək haqqının 0,492 misli həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən “məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir”. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən “alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Yuxarıda qeyd olunan Plenum Qərarının 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq 16 aprel 2025-ci il tarixdən hesablanmaqla Borclu X8 xeyrinə 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,492 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan aliment məbləğinin indeksasiyası ilə bağlı X2nın ərizəsi təmin olunsun. Neftçala Rayon Məhkəməsinin 2(053)-30/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, Borclu X8 xeyrinə 11 iyun 2017-ci il təvəllüdlü X9 və 16 iyun 2021-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,492 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilsin. Alimentin hesablanması 16 aprel 2025-ci il tarixdən həyata keçirilsin. Qərardaddan 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-15/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-15/2025
05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver