Məhkəmə qərarları › İş №8(053)-16/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-16/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-16/2023 19.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(060)-5205/2022 nömrəli icra sənədinə əsasən Borclu 09 yanvar 2011-ci il təvəllüdlü X5 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment 22 iyul 2022-ci il tarixdən hesablanmaqla tutularaq Tələbkar1 ödənilməlidir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(060)-5798/2021 nömrəli icra sənədinə əsasən Borclu 5.800 manat məbləğində əsas borc tutularaq Tələbkar2 ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(060)-5205/2022 nömrəli icra sənədinə əsasən Borclu 09 yanvar 2011-ci il təvəllüdlü X5 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment 22 iyul 2022-ci il tarixdən hesablanmaqla tutularaq Tələbkar1 ödənilməlidir. İcra sənədi 05 dekabr 2022-ci il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş verilmiş və onun izahatları alınmışdır. Təqdimatda həmçinin qeyd olunur ki, 08 may 2023-cü ildə Sumqayıt Şəhər Məhkəməsinin Borclu 5.800 manat məbləğində əsas borcun tutularaq Tələbkar2 ödənilməsi barədə 01 oktyabr 2021-ci il tarixli 2(060)- 5798/2021 nömrəli icra sənədi şöbənin icraatına daxil olmuşdur. Sözügedən icra sənədi üzrə də icraata başlanılmış, onun icrası ilə bağlı Borclu bildiriş verilmiş və izahatları alınmışdır. Qəbul edilmiş 08 may 2023-cü il tarixli qərarla Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(060)-5205/2022 nömrəli və 01 oktyabr 2021-ci il tarixli 2(060)- 5798/2021 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra sənədləri üzrə Tələbkar1 olan 2.794 manat miqdarında aliment borcunu ödəməmiş, eləcə də digər Tələbkar2 olan borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(060)-5205/2022 nömrəli icra sənədinə əsasən Borclu 09 yanvar 2011-ci il təvəllüdlü X5 və 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment 22 iyul 2022-ci il tarixdən hesablanmaqla tutularaq Tələbkar1 ödənilməlidir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(060)-5798/2021 nömrəli icra sənədinə əsasən Borclu 5.800 manat məbləğində əsas borc tutularaq Tələbkar2 ödənilməlidir. Hər iki icra sənədi üzrə borclu eyni şəxs olduğundan Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun 08 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(060)- 5205/2022 nömrəli və 01 oktyabr 2021-ci il tarixli 2(060)-5798/2021 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu 28 noyabr 2022-ci il tarixli 2(060)-5205/2022 nömrəli icra sənədi üzrə aliment borcundan qismən ödəniş etsə də, onun hal-hazırda xeyli miqdarda (2.794 manat) aliment borcu ödənilməmiş qalmış, 01 oktyabr 2021-ci il tarixli 2(060)-5798/2021 nömrəli icra sənədi üzrə isə heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1980-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar