Məhkəmə qərarları › İş №8(053)-16/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-16/2024

19.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-16/2024 19.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Borclu, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X4 iştirakları ilə Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1614/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixdə verilmiş, 02 may 2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşağa görə 190 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması müəyyən edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(003)-1614/2024 saylı icra vərəqəsi 03 may 2024-cü il tarixdə icraatına daxil olmuş və həmin tarixdə tərəfindən icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı tərəfindən Borclu bildiriş verilmiş və onun izahatları alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Həmçinin də borc tam şəkildə ödənilməmişdir. Hesab edir ki, Borclu Azərbaycan Respublikası ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında borclunun cəmi 380 manat ödəniş etdiyini, təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərəkheç bir yerdə işləmədiyini, hazırda borcu tam ödəməyə imkanı olmadığını və borcunu ödəyəcəyinə söz verdiyini, ölkə hüdüdlarından kənara çıxmaq niyyətinin olmadığını bildirərək təqdimatın təmin ounmasına etiraz etmədiyini bildirdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1614/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixdə verilmiş, 02 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi müəyyən edilmişdir. İcra sənədi üzrə Borclu Tələbkar bu günə 940 manat borcu olduğu müəyyən edilir və həmin borcunu xeyli vaxtdır ki, ödəməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verili”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında» Təlimatın 2.2- ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1614/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixdə verilmiş 02 may 2024-cü il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1614/2024 nömrəli iş üzrə, 02 may 2024-cü il tarixdə verilmiş, 02 may 2024-cü il tarixli icra sənədinin icra olunması ilə əlaqədar ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar