Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-24/2024 06.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Tələbkar, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1909/2021 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixdə verilmiş, 04 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5.051,30 manat məbləğində əsas borc, 50 manat hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkilmiş xərc, ödənilmiş 10 manat dövlət rüsumu, cəmi 5.111,30 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-140/2022 nömrəli iş üzrə 12 iyun 2023cü il tarixdə verilmiş, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-2(121)-1909/2021 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Borclu 9.8898,15 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixli qərarla icraata başladığı Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1909/2021 saylı, 23 yanvar 2023-cü il tarixli icra sənədinə sasən Borclu 5111,30 manat məbləğində pulu Tələbkar ödəməli və 24 iyun 2023-cü il tarixli qərarla icraata başladığı Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-140/2022 saylı, 12 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9898,15 manat məbləğində pulu Tələbkar ödəməlidir. Ümumilikdə hər iki icra sənədi üzrə Borclu cəmi 15.009,45 manat pulu Tələbkar ödəməlidir. Hər iki icra sənədi üzrə borclu xx xxx 1970-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu olduğu üçün icra sənədləri 03 iyul 2023-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcraata başlamaq haqqında qərarların surətləri bildirişlərlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğular göndərilmişdir. Hal-hazıradək borclu tərəfindən tələbkara 1.690 manat ödənilmiş, borcun qalan 1.3319,45 manat hissəsi isə ödənilməmişdir. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında izahat verərək, təqdimatın təmin olunmasını xahiş etdi. Tədqimata məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş cavabdeh (borclu) Borclu məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 1909/2021 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixdə verilmiş, 04 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5.051,30 manat məbləğində əsas borc, 50 manat hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkilmiş xərc, ödənilmiş 10 manat dövlət rüsumu, cəmi 5.111,30 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-140/2022 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixdə verilmiş, 15 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 9.898,15 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməlidir. İcra sənədləri üzrə Borclu borcundan 1.690 manat ödəniş etmiş, qalan 13.319,45 manat borcunu isə ödəməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verili”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1909/2021 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixdə verilmiş, 04 oktyabr 2021-ci il tarixli icra sənədi və Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-140/2022 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixdə verilmiş, 15 noyabr 2022-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclunun ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1909/2021 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixdə verilmiş, 04 oktyabr 2021-ci il tarixli icra sənədi və Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-140/2022 nömrəli iş üzrə 12 iyun 2023-cü il tarixdə verilmiş, 15 noyabr 2022-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar xx xxx 1970-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclunun ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-24/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-24/2024
06.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver