Məhkəmə qərarları › İş №8(053)-3/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-3/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-3/2024 22.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X1nun, Borclu iştirakı ilə Nəsimi Rayon Məhkəməsinin 2(053)-101/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(053)- 101/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli icra vərəqəsində göstərilən 1 ədəd tullantı gəmini sahilə dartmaq üçün işlədilən troslu “ Lebyotka” çəkisi 8,6 ton olmaqla qiyməti 18.800 manat, uzunluğu 150 metr olan 3 ədəd 70 mm diametrli dəmir tros ümumi çəkisi 5,8 ton olmaqla qiyməti 50.700 manat; 9 ədəd dəmir sırğa - 6 ədəd (hər biri 32 kq cəmi 192 kq, 1 ədədin qiyməti 2.300 manat - cəmi 13.800 manat), 3 ədədi (hər biri 16 kqcǝmi 48 kq, 1 ədədin qiyməti 950 manat - cəmi 2850 manat) - 9 ədəd dəmir sırğanın çəkisi 240 kq olmaqla qiyməti – 16.650 manat; 2 ədəd 6 metrlik gəmi dartmaq üçün qalın dəmir zəncir çəkisi 1,2 ton - qiyməti 1.200 manat olmaqla ümumi çəkisi 15 ton 840 kq, ümumi dəyəri 87.350 manat olan avadanlıqlara dair Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(053)-101/2020 saylı qətnaməsinin icra qaydasının və üsulunun dəyişdirilərək borclu Nağıyev Yasǝr İmamnəzər oğlundan göstərilən avadanlıqların ümumi dəyəri olan 87.350 (səksən yeddi min üç yüz əlli ) manatın alınaraq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. O, sonradan məhkəmə iclasında ərizə ilə müraciət edərək ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Borclu isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Nəsimi Rayon Məhkəməsinin 2(053)-101/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair X2 ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar