Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-3/2025 23.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə icra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə şikayətlə müraciət edərək, Maraqlı şəxs 123654/2019-24 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək borc tələbi barədə Neftçala Rayon Məhkəməsinin 2(053)-394/2019 saylı, 18 iyul 2019-cu il tarixli məhkəmə əmrinin yenidən icra edilməsi üçün Salyan rayon İcra və probasiya şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Şikayət 23 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Tələbkar BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi həmin tarixdə məhkəməyə ərizə göndərərək Neftçala Rayon Məhkəməsinin 2(053)-394/2019 saylı, 18 iyul 2019-cu il tarixli məhkəmə əmrinin icra edilməsi üçün müraciət etdiyi ərizənin baxılmamış saxlanmasını və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən “iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır”. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 170, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İcra sənədinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-3/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-3/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver