Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-30/2024 08.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X6nun, Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə Maraqlı şəxs icra məmuru X1 Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli iş üzrə 24 may 2024-cü il tarixli icra sənədi üzrə borclunun icraatın dayandırılması tələbinə münasibətdə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin ona həvalə edilməsinə dair X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayətlə müraciət edərək, Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(053)-512/2024 saylı, 24 may 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması tələbinə münasibətdə Maraqlı şəxs icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin ona həvalə edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. X16 şikayətində və məhkəmə iclası zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsinə əsasən 26 yanvar 2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı X7 ödənilməlidir. Qətnamə qəbul edildiyi tarixdən icraya yönəldilmiş və 31 may 2024-cü il tarixdə Maraqlı şəxs icraatına qəbul edilmişdir. Hazırda bəhs olunan icra sənədi ilə bağlı açılmış e-176907/2024-24 nömrəli icra işi şöbənin icra məmuru X1 icraatındadır. Məlumat üçün bildirir ki, tərəfindən icra vərəqəsi verilən həmin məhkəmə aktından 28 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, şikayət Şirvan Apellyasiya Məhkəməsində 2(106)- 1322/2024 nömrə ilə qeydiyyata alınmış və hazırda hakim Pərviz Əhmədovun icraatında olmaqla icraatdadır. Qeyd etdikləri ilə əlaqədar tərəfindən 12 iyul 2024-cü il tarixdə Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş icra sənədi üzrə icraatın dayandırılması tələbi ilə Maraqlı şəxsnə müraciət olunmuş, lakin icra məmuru tərəfindən bu istiqamətdə hərəkətsizlik edilərək icraat dayandırılmamış, səbəbləri barədə ona rəsmi məlumat verilməmiş, sadəcə şifahi mülahizələrlə əsaslandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi dayandırılmalıdır. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraatın dayandırılması əsaslarını hansısa istisnaedici hallardan asılı etməmiş, imperativ olaraq müəyyən etmişdir. hesab edir ki, qeyd olunun əsaslarla icra sənədi üzrə icraatın dayandırılması tələbinə münasibətdə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli və həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyi icra məmuru Mübariz İbrahimbəyliyə həvalə edilməlidir. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə iclası zamanı Maraqlı şəxs icra məmuru X3 icraatında Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsi üzrə icra sənədi olduğunu, eyni tarixli icra sənədinə əsasən 08 aprel 2024-cü il tarixdən hesablanmaqla 26 yanvar 2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin cavabdeh X10 tutularaq iddiaçı X7 ödənilməli olduğunu, qətnamənin qeyd olunan hissədə dərhal icra edilməli olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə 03 iyun 2024-cü ildə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş təqdim edilmişdir. X6 4 aydır ki, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. O, icra sənədini icra etməməsini müvafiq qətnamədən apellyasiya şikayəti verməsi ilə izah edir. Hazırda da icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət ünvanlamışdır. Lakin alimentlə bağlı icra sənədi üzrə icraat dayandırıla bilməz. Bununla bağlı borcluya şifahi qaydada dəfələrlə izahlar verilmişdir. Onlara nə borclu tərəfindən nə də ki, Şirvan Apellyasiya Məhkəməsindən icraatın dayandırılması ilə bağlı rəsmi sənəd daxil olmamışdır. Qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə borclunu və icra məmurunu dinləyib, işdə olan sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli mülki iş üzrə 24 may 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X14 qarşı iddiası qismən təmin edilərək, 26 yanvar 2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X10 hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 08 aprel 2024cü ildən etibarən həyata keçirilməsi, qətnamənin yuxarıda göstərilən hissədə dərhal icra edilməsi qət edilmişdir. Eyni qətnaməyə əsasən mediasiya ilə əlaqədar ödənilmiş 50 manatın cavabdeh X9 tutularaq iddiaçıya verilməsi və cavabdeh X10 38 manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 03 iyun 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 saylı, 24 may 2024-cü il tarixli icra sənədi 03 iyun 2024-cü ildə Maraqlı şəxs icra məmuru X1 icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı X5 cavabdeh X14 qarşı aliment tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh X11 verdiyi apellyasiya şikayəti e-2(053)-512/2024 nömrəli mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün 02 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə əlavə edilmiş 12 iyul 2024-cü il tarixdə E.İskəndərov tərəfindən qəbul edilmiş ərizədən görünür ki, e-2(053)-512/2024 nömrəli, 24 may 2024-cü il tarixli icra sənədi üzrə X6 Maraqlı şəxsnə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışda əks olunanları nəzərə alaraq icra sənədi üzrə icraatın dayandırılması məzmunlu ərizə ünvanlamışdır. Şikayətə əlavə edilmiş Elekrton Məhkəmə X2 aid elektron kabinet səhifəsinin “məhkəmə işlərim” bölməsinin çıxarışından görünür ki, cavabdeh qismində işdə rolu olan şəxslə bağlı mülki iş 2(106)-1322/2024 nömrəsi altında Şirvan Apellyasiya Məhkəməsinin hakimi Pərviz Əhmədovun icraatına verilmiş və iş icraatdadır. İcra işindən görünür ki, X6na yuxarıda qeyd olunan ərizə ilə bağlı icra məmuru tərəfindən rəsmi olaraq izah məktubu verilməyib. Eyni zamanda icra işi ilə müəyyən olunur ki, X16 iş icraatda olduğu müddət ərzində icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Beləliklə, işin faktik halları ilə müəyyən olunur ki, e-2(053)-512/2024 nömrəli iş üzrə 24 may 2024-cü il tarixli Neftçala Rayon Məhkəməsinin qətnaməsi alimentə aid hissədə dərhal Neftçala Rayon Məhkəməsi tərəfindən icraya yönəldilərək iddiaçının cavabdehə qarşı aliment tələbinə dair bir ədəd icra vərəqəsi verilmiş, icra sənədi 03 iyun 2024-cü ildə Maraqlı şəxs icra məmuru X1 icraatına daxil olaraq onun tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş təqdim edilmişdir. Borclu icra sənədini icra etməmiş və bunu qətnamədən apellyasiya şikayəti verməsi ilə əlaqələndirərək icra məmurundan icra sənədi üzrə icraatın dayandırılmasını ərizə ilə müraciət edərək xahiş etsə də icra məmurunun ona rəsmi olaraq cavab verməməsini və icra sənədi üzrə icraatı dayandırmamasını icra məmurunun hərəkətsizliyi kimi qiymətləndirmək istəmişdir. Həmin ərizə ilə bağlı icra məmuru tərəfindən borcluya heç bir rəsmi məlumat verilməyib. İşin faktiki hallarını və proses iştirakçılarının bildirdiklərini nəzərə alaraq məhkəmə qeyd edir ki, borclunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə istinad etməklə icra sənədi üzrə icraatın məcburi dayandırılmasını icra məmurundan xahiş etməsi və icra məmurunun icra sənədi üzrə icraatın dayandırılması barədə borclunun ərizəsi üzrə heç bir tədbir görməməsi icraatın dayandırılması ilə bağlı icra məmurunun hərəkətliliyinin və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsi kimi qiymətləndirlə bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən «İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir». Məhkəmə hazırkı şikayətin yuxarıda qeyd olunan icra sənədi üzrə borclu tərəfindən (icra sənədi alimentin tutulması ilə bağlı dərhal icra edilməli olduğu halda) iş üzrə icraatın dayandırılması tələbinə münasibətdə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi kimi onun əməlini qiymətləndirmədiyindən yuxarıda qeyd olunan qanunvericiliyin tələbini tətbiq etməyə əsas görməmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən «şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən «Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur». Göründüyü kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası MPM-də konkret olaraq alimentin tutulması ilə bağlı dərhal icra olunmalı icra sənədi üzrə məhkəmə aktlarından apellyasiya və kassaiya şikayətlərinin verilməsinin icraatın dayandırılmasına səbəb olması halları göstərilməsə də yuxarıda qeyd olunan hər iki qanunvericilikdə icrası dərhal nəzərdə tutulmuş tələblərin (bu arada alimentin) təxirəsalınmadan (dərhal) icrası nəzərdə tutulmuşdur. İşin faktik hallarından isə görünür ki, X6ndan tələbkar X5 xeyrinə aliment tutulmasına dair e-2(053)-512/2024 nömrəli icra sənədi icra olunmayıb. Məhkəmə şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir: İşin faktik hallarından görünür ki, icra sənədi üzrə icraatın dayandırılması üçün əsaslar mövcud olmayıb. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, iş materiallarını və şikayətin dəlillərini nəzərdən keçirib belə qənaətə gəlir ki, Neftçala Rayon Məhkəməsinin 24 may 2024-ci il tarixli, e-2(053)-512/2024 nömrəli icra sənədi üzrə borclunun icraatın dayandırılmasına münasibətdə Maraqlı şəxs icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməklə həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin ona həvalə edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs icra məmuru X1 Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli iş üzrə 24 may 2024-cü il tarixli icra sənədi üzrə borclunun icraatın dayandırılması tələbinə münasibətdə hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin ona həvalə edilməsinə dair X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-30/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-30/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver