Məhkəmə qərarları › İş №8(053)-33/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-33/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-33/2024 12.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(053)-196/2024 nömrəli icra sənədinə əsasən Borclu 08 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment, habelə 38 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 02 aprel 2024-cü il tarixli qərarla icraatına başladığı Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 2(053)-196/2024 nömrəli icra sənədinə əsasən xx xxxxxx 1987-ci ildə doğulmuş və Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan Borclu 08 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 01 aprel 2024-cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və onun izahatı alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra sənədi üzrə Tələbkar olan aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(053)-196/2024 nömrəli icra sənədinə əsasən Borclu 08 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment, habelə 38 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1987-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar