Məhkəmə qərarları › İş №8(053)-36/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-36/2024

09.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-36/2024 09.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun Borclu məxsus olan “VAZ-21063” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1574/2023 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixdə verilmiş, 05 dekabr 2023-cü il tarixli icra sənədi ilə xx.xx.2021-ci il tarixli, TT 07/2021 saylı alqı-satqıya dair müqavilə üzrə 8400 manat əsas borc və 150 manat mediasiya xərci, cəmi 8550 manat məbləğində pul vəsaiti Borclu alınaraq Tələbkar MMCyə eləcə də 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1574/2023 saylı, 05 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 8850 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-yə və borcludan 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İcra sənədi 08 fevral 2024-cü il tarixdə icraata daxil olmuş və iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Tələb könüllü təmin edilmədiyindən borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış, borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sorğular nəticəsində Borclu adına “VAZ- 21063” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Hesab edir ki, icra sənədinin icrasının təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ-21063” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburu icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən qeyd olunan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X2 məhkəmə iclasında təqdimatda səhvən borclunun ödəyəcəyi məbləğin 8850 manat qeyd olunduğunu, əslində borclunun 8650 manat borcu olduğunu bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Tədqimata məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş iddiaçı (tələbkar) Tələbkar MMC-nin nümayəndəsi və cavabdeh (borclu) Borclu məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim olunmuş Şəxs haqqında elektron məlumat bazasının çıxarışından görünür ki, “VAZ-21063” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 1984-cü il olan, sarı rəngli avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən «İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir». Göstərilənlərə əsasən və, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu məxsus olan “VAZ-21063” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar