Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-43/2022 31.10.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi X4 Məmmədova Sədaqət Səadət qızının katibliyi, Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakı ilə Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Borclu məxsus əmlakların üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(053)-700/2010 saylı qərardadı ilə Borclu məxsus xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət qeydiyyat nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-700/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «qanun üzrə vərəsəlik və mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdan payın və ya onun dəyərinin alınması tələbinə dair» iddiası üzrə xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət nömrə nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərilərinə həbs qoyulmuş və həmin avtomobillərdən istifadə və ona dair hər hansı hərəkətin edilməsi borcluya və digər şəxslərə qadağan edilmiş, həmçinin həmin avtomobillər Azərbaycan Respublikası DİN BDYPİ-nin Neftçala rayon DYPB-nin cərimə meydançasına yerləşdirilmişdir. Tələbkar ilə Borclu öz aralarında razılığa gələrək barışıq sazişi bağlamış və həmin barışıq sazişi Neftçala Rayon məhkəməsinin 2(053)-291/2021 saylı, 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Borclu məxsus xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət qeydiyyat nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu həqiqətən tələbkarla öz aralarında razılığa gəldiklərini, barışıq sazişi bağladıqlarını və həmin barışıq sazişinin müvafiq məhkəmə qərarı ilə təsdiq edildiyini bildirərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinin tələblərinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2022-ci il tarixli 2(053)-700/2020 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «qanun üzrə vərəsəlik və mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdan payın və ya onun dəyərinin alınması tələbinə dair» iddiası üzrə xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət nömrə nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərilərinə həbsin qoyulması və həmin nəqliyyat vasitələrinin Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən saxlanılaraq mühafizə olunan duracaqda yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(053)-291/2021 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla iddiaçı Tələbkar cavabdeh Borclu qarşı «qanun üzrə vərəsəlik və mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdan payın, Neftçala şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində olan əmlakın açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış «cavabdeh Borclu qətnamədə göstərilən avtomaşınların müqabilində 5000 (beş min) manat pulu iddiaçıya verməyi, həmin məbləğdə pulu məhkəmə qaydasında barışıq sazişi təsdiq edildikdən sonra 3 gün müddətinə ödəməyi öhdəsinə götürür. Avtomaşınların pulu ödənildikdən sonra onların üzərindən həbs götürülür və avtomaşınlar Borclu adına keçirilir. Barışıq sazişinin tələblərini pozan şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır». məzmunundakı barışıq sazişinin təsdiq edilməsi və 2(053)-291/2021 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Tələbkar Neftçala rayon icra və probasiya şöbəsinə verdiyi 20 oktyabr 2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, həmin qəbzin məzmununda «Neftçala Rayon Məhkəməsinin 2(053)-291/2021 saylı, 24 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, mən icra sənədində göstərilən maşınlar əvəzinə Borclu 5000 (beş min) manat pul alaraq Borclu ilə barışıq sazişi imzalayaraq, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmuşdur. Həmin barışıq sazişinə əsasən Borclu aldığım 5000 (beş min) manat əvəzinə **-ML-*** dövlət nömrə nişanlı və **-KE-*** nömrə nişanlı avtomaşınlar tələbimdən imtina edirəm və həmin avtomaşınlarla bağlı Borclu hər hansı iddia tələbim olmayacaq. Şəxsiyyət vəsiqəmin seriyası – AA*******. İmza: imza nümunəsi, /Əliyeva N/» kimi ifadələr və rəqəmlər yer almışdır. Göründüyü kimi, icra sənədi üzrə borclunun əmlaklarının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Tələbkarla borclu öz aralarında razılığa gəlmiş və barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişi Neftçala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2022-ci il tarixli 2(053)-291/2022 saylı qərardadla təsdiq edilmişdir. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(053)-700/2010 saylı qərardadı ilə Borclu məxsus xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət qeydiyyat nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikası MPM-nin 162, 162.1, 162.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(053)-700/2010 saylı qərardadı ilə Borclu məxsus xx.xx.2017-ci il tarixli AC 976793 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi 83420 və buraxılış ili 1996 il olan «X3» markalı 10ML916 dövlət qeydiyyat nişanlı və xx.xx.2016-cı il tarixli AC 677120 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikinin nömrəsi **********16 və buraxılış ili 2010 olan «Boqdan 211040 minik» markalı 90KE410 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-43/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-43/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver