Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-44/2022 01.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X2 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(053)-469/2022 nömrəli icra sənədinə əsasən Borclu 12035,07 manat borc və 126,10 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(053)-469/2022 saylı icra sənədinə əsasən Borclu 12035,07 manat borc və 126,10 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o tələb olunan pul məbləğindən ödəniş etməmişdir. Borclu dəfələrlə Neftçala Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru borclu – Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxxx 1982-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Seid Hüseynov məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(053)-469/2022 nömrəli icra sənədinə əsasən Borclu 12035,07 manat borc və 126,10 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə Borclu borcunu hissə-hissə ödəməyə söz versə də borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Yuxarıda göstərilənlərə əsasən 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİM: Təqdimat təmin edilsin. xx.xx.1982-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində doğulmuş, Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ Neftçala Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(053)-469/2022 nömrəli icra sənədi üzrə borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-44/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-44/2022
01.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver