Məhkəmə qərarları › İş №8(053)-46/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-46/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-46/2022 22.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)-264/2017 nömrəli mülki iş üzrə 01 may 2017-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X4 və X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 və X5 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-264/2017 nömrəli mülki iş üzrə 01 may 2017-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini xahiş etmişlər. Ərizəni onunla əsaslandırmışlar ki, Neftçala Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli 2(053)-264/2017 saylı qətnaməsi ilə cavabdehlər İbrahimov Əlifǝda Həsənağa oğlu, X9, X3, X8 da müştərək qaydada AccessBank QSC-nin xeyrinə ümumilikdə 18657,18 ABŞ dolları məbləğində borcun 30 manat dövlət rüsumunun, ipoteka predmetinə qoyulmasının yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən X4 mülkiyyətində olan ikimərtəbəli 4 otaqlı 86.7 kv.m yaşayış sahəsi, 92.2 kv.m yardımçı sahəsi, 178.9 kv.m ümumi sahəsindən ibarət 26A saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 18657,18 ABŞ dolları məbləğində borc və borcun digər xərclərin həmin əmlakın hərracdan satışından sonra əldə olunmuş vəsait bank hesabına AccessBank QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması cavabdeh X4 mülkiyyətində olan fərdi yaşayış evinə tutma yönəldilməsindən və satıldıqdan sonra Vəliş Babayev və Babayeva Sevinc yəni (onların) həmin evdən istifadə hüququnun itirilməsi, həmin evdən çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması və AccessBanka təhvil verilməsi, mülkiyyətlərində olan fərdi yaşayış evinin satış qiymətinin 09 fevral 2017-ci il tarixinə 41000 manat məbləğində təyin edilməsi və cavabdehlərdən 150 manat məbləğində xidmət haqqının tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bildirirlər ki, onlar öz ailə üzvləri ilə yəni o, arvadı, oğlu X10, gəlini X6 və onların azyaşlı əkiz qızları və körpə uşaqları ilə həmin evdə yaşayırlar. Onları bu evdən başqa evləri yoxdur. Ər-arvad hər ikisi əlilliyə görə pensiya alırlar. Oğlu ilə gəlini isə işsizdir. Ailənin yeganə qazanc gətirəni odur. O, 2016-cı ildə infarkt keçirmiş hazırda ağır xəstə olmaqla əlildir. Fərdi əməklə məşğul ola bilmir. Arvadı da əlildir. Hər iki ayağı fil ayağı diaqnozu ilə xəstədir. Hərəkət edə bilmir. Yataq xəstəsidir. X1 “kollidli adikomotoz atiniya diaqnozu ilə xəstədir. Heç bir fərdi əməklə məşğul ola bilmir. Ailələrinin maddi durumu həddindən artıq ağırdır. Qeyd etdiklərinin nəzərə alnmasını Neftçala Rayon Məhkəməsinin 2(053)-264/2017 nömrəli mülki iş üzrə 01 may 2017-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad cıxarılmasını xahiş etmişlər. Ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş cavabdeh (borclu) X9, X5 və tələbkar gəlməmiş, nümayəndələrini göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq, ərizəyə yuxarıda qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəməmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin təmin olunması iş üzrə tələbkarın hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnə bilər. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin nəzərə alır ki, Neftçala Rayon Məhkəməsinin qətnaməsi 01 may 2017-ci ildə çıxarılmış, 02 iyun 2017-ci ildə qanuni qüvvəyə minməklə icraya yönəldilmiş, həmin vaxtdan etibarən altı ilə yaxın müddət keçdiyinə baxmayaraq, qətnamə bu günədək icra olunmamışdır. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-264/2017 nömrəli mülki iş üzrə 01 may 2017ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X4 və X2 ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar