Məhkəmə qərarları › İş №8(053)-46/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-46/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-46/2024 10.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 nömrəli iş üzrə 12 yanvar 2015-ci il tarixdə verilmiş, 04 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən 23 iyul 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 28 oktyabr 2014-cü ildən hesablanmaqla xx.xx.1988-ci ildə Neftçala şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatda olan Borclu hər ay 100 manat aliment tutularaq iddiaçı X5 verilməlidir. Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixdə verilmiş, 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən 01 oktyabr 2015-ci il təvəllüdlü X7 və 09 noyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Borclu xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutularaq Tələbkar2 verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 09 fevral 2015-ci il tarixli qərarla icraata başladığı Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 saylı, 04 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əzizova (Alxasova) Könül Elşad qızına ödəməli və 01 aprel 2024-cü il tarixli qərarla icraata başladığı Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 saylı, 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar2 ödəməlidir. Hər iki icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surətləri bildirişlərlə icra sənədləri üzrə Borclu göndərilmiş, borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün sorğular göndərilmişdir. Borclunun tələbkar Əzizova (Alxasova) Könül Elşad qızına hal-hazırda 7600 manat aliment borcu, Tələbkar2 isə hal-hazırda 1820 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tədqimata məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş iddiaçılar (tələbkarlar) Əzizova (Alxasova) Könül Elşad qızı, Tələbkar2 və cavabdeh (borclu) Borclu məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İşdə olan 08 aprel 2024-cü il tarixli icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 saylı, 04 dekabr 2014-cü il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 saylı, 18 mart 2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmədə müəyyən olunur ki, Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 nömrəli iş üzrə 12 yanvar 2015-ci il tarixdə verilmiş, 04 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əzizova (Alxasova) Könül Elşad qızına, Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 nömrəli iş üzrə 18 mart 2024cü il tarixdə verilmiş, 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar2 verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 izahatından, həmçinin işdə olan sənədlərlə də müəyyən olunur ki, Borclu borcundan ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, Şəhər məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin Şəhər məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq Şəhər məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verili”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 nömrəli iş üzrə 12 yanvar 2015-ci il tarixdə verilmiş, 04 dekabr 2014-cü il tarixli icra sənədi və Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixdə verilmiş, 18 mart 2024-cü il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2-(032)-1162/2014 nömrəli iş üzrə 12 yanvar 2015-ci il tarixdə verilmiş, 04 dekabr 2014-cü il tarixli icra sənədi və Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixdə verilmiş, 18 mart 2024-cü il tarixli icra sənədinin icra olunması ilə əlaqədar xx xxxxx 1988-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar