Məhkəmə qərarları › İş №8(053)-47/2022

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-47/2022

15.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-47/2022 15.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakı ilə Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun borclu X4 məxsus əmlakların üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 8(053)-107/2016 saylı qərardadı ilə borclu X4 məxsus «VAZ- 21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1077/2015 saylı 03 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan X5 və X6 1375,26 manat və 20 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nə verilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu X3 mülkiyyətində «VAZ-21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmiş və Neftçala Rayon Məhkəməsinin 8(053)-107/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qərardadı ilə həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Tələbkar ASC Neftçala Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu X3 Neftçala Rayon Məhkəməsinin 2(053)- 1077/2015 saylı 03 noyabr 2015-ci il tarixli icra sənədi üzrə borcunu tam ödədiyini bildirib icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən X3 mülkiyyətində olan «VAZ-21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi və borclu X5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(053)-1077/2015 saylı 03 noyabr 2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan X2 və Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan X6 1102,44 manat əsas, 272,82 manat faiz, cəmi 1375,26 (min üç yüz yetmiş beş manat 26 qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulub Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 8(053)-107/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla Neftçala Rayon Məhkəməsinin 03 noyabr 2015-ci il tarixli 2(053)-1077/2015 saylı icra sənədinin icrası ilə əlaqədar borclu X4 məxsus «VAZ-21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması, həmin nəqliyyat vasitələrindən istifadə və onlara dair hər hansı hərəkətin edilməsinin borcluya və digər şəxslərə qadağan edilməsi, nəqliyyat vasitələrinin aşkar edildiyi yerdə dayandırılması və saxlanması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cərimə meydançasına (xüsusi saxlanc yerinə) yerləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Tələbkar ASCnin Daxili Nəzarət departamentinin direktoru Həcər Əliyeva tərəfindən Neftçala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış «icra sənədi üzrə icraata xitam verilməsi barədə» ərizənin surətindən görünür ki, icra sənədi üzrə borc ödənildiyinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 2(053)-1077/2015 saylı 03 noyabr 2015-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Göründüyü kimi, icra sənədi üzrə borclunun əmlaklarının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Borclu icra sənədi üzrə tələbkara olan borcunu tam ödəmişdir. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(053)-107/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qərardadı ilə borclu X4 məxsus «VAZ-21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 162.1, 162.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-107/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qərardadı ilə borclu X4 məxsus «VAZ-21074» markalı 47BC425 dövlət qeydiyyat nişanlı və «Kamaz 53200» markalı 47BC440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs və digər məhdudiyyətlər götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar