Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-5/2023 30.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, borclu X1 iştirakı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair tələbkar X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 məxsus olan cehiz əmlaklar iddiaçı Tələbkar məxsus olan ünvan 1 ünvanında yerləşən evdən götürülərək cavabdeh X2 qaytarılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1861/2022 nömrəli mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi yuxarıda göstərilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-21/2023 nömrəli iş üzrə 09 yanvar 2023-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilməsini və qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Neftçala rayon İcra və probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli qərarına əsasən onun cehiz əmlaklarının iddiaçı Tələbkar məxsus olan ünvan 2 ünvanından çıxarılması barədə bildiriş gəlmişdir. Hazırda o himayəsində olan 2 azyaşlı övladları ilə birgə atası evində məcburi olaraq məskunlaşmışdır. Onların yaşadığı ev həddindən artıq darısqaldır. Onun cehiz əmlakları yaşadığı evə yerləşməyəcək və yaşamağa maneəçilik törədəcəkdir. Hazırda maddi imkanı zəifdir. Onun heç bir yerdən gəlir və qazancı yoxdur. Çox çətin vəziyyətdə yaşayır. Qeyd etdiklərinin nəzərə alnmasını, Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına 06 (altı) ay möhlət verilməsi və qərarın icrasının dayandırılması barədə qərardad cıxarılmasını xahiş etmişdir. Cavabdeh (borclu) X3 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, qətnamənin icrasından yayınmır. Cehizlərini yığmağa yeri olmadığından icra sənədinin icrasına 06 (altı) ay möhlət verilməsini və icraatın dayandırılmasını xahiş edir. Ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilmiş tələbkar gəlməmiş, məhkəməyə teleqram göndərərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, borclu tərəfin dəfələrlə vaxtı uzatmaq üçün bəhanələr gətirdiyini, Şirvan Apellyasiya Məhkəməsinin qərarlarına hörmət olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq, ərizəyə yuxarıda qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Eyni zamanda işə əlavə olumuş 24 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Tələbkar ərizəsindən görünür ki, borclu X1 hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi qüvvədə olan icra sənədinin icrasından yayınmaq məqsədi güdür. Borclunun cehiz əmlakının ona məxsus mənzildə bu günə kimi qalması kifəayət qədər yaşam səviyyəsinə çətinliklər yaratmışdır. Belə ki, həmin əmlaklar mənzilin bir otağında yerləşməklə borclu tərəfindən qapısı qıfıllanmışdır. Bu isə həmin otağa giriş-çıxışı məhdudlaşdırmaqla yanaşı təhlükəli hallar olacağı təqdirdə müdaxiləni məhdudlaşdırır. Qeyd olunan səbəblərdən borclunun özünə məxsus əmlakının qısa vaxt ərzində həmin otaqdan çıxarılması zəruridir. Ərizədən, eləcə də borcluya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, hal-hazırda ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmin ünvan onun daimi yaşayış yeri olmaqla mənzil 3 otaqdan ibarərdir. Bundan başqa cavabdehin (borclu) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmənzilli binada özünə məxsus mənzili vardır. Borclu əmlakı yerləşən ünvandan, yəni ona məxsus mənzildən 8 ildən artıqdır ki, çıxmış və bu müddət ərzində bir gündə olsun belə bu ünvanda yaşamamış, əmlakı ilə maraqlanmamış və sözügedən ünvana baş çəkməmişdir. Onun ərizədə göstərdikləri həqiqəti əks etdirmir. Bu səbədən ərizə əsassızdır və təmin edilməməlidir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, X3 uşaqları və onun ailə üzvləri ilə birlikdə yaşaması və konkret olaraq hansı ünvanda, hansı şəraitdə yaşamaları barədə hər hansı bir sənəd və məlumatları iş materiallarına əlavə etməmiş, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərdən və işin digər faktiki hallarından görünür ki, cavabdehin (borclunun) yaşayış şəraitinin çətin olması, ailə üzvlərinə məxsus evdə onlarla birlikdə yaşaması və onun cehiz əmlaklarının yerləşdirilməsi üçün şəraitin olmaması müəyyən edilməmişdir. Ona görə də cavabdeh (borclu) Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə üzərlərinə qoyulan vəzifələri qeyri şərtsiz yerinə yetirməlidir. Bu və digər səbəblərdən cavabdehin (borclunun) tələbi (təklifi) qətnamənin icrasına möhlət verilməsinə yönəlmiş tələblər (təkliflər) kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X1 ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-5/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-5/2023
30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver