Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-5/2025 10.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 2-2(106)-124/2024 nömrəli icra sənədinə əsasən Borclu 130.000 min məbləğində pul vəsaiti, 21 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 130.421 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməli, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,20 manat məbləğində dövlət rüsumu qalığı Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixli qərarla icraatına başladığı Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli 2- 2(106)-124/2024 nömrəli icra sənədinə əsasən xx xxxxxxx 1980-ci ildə doğulmuş və Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan Borclu 130.000 min məbləğində pul vəsaiti, 21 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 130.421 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,20 manat məbləğində dövlət rüsumu qalığı Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 13 dekabr 2024-cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti verilmiş və onun izahatı alınmışdır. Lakin bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Borclu, Tələbkar, Neftçala Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MPM-nin 231.3 və 231.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 2-2(106)-124/2024 nömrəli icra sənədinə əsasən Borclu 130.000 min məbləğində pul vəsaiti, 21 manat məbləğində dövlət rüsumu və 400 manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məbləğ olmaqla, ümumilikdə 130.421 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar ödənilməli, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 169,20 manat məbləğində dövlət rüsumu qalığı Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu bu müddət ərzində icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1980-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-5/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-5/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver