Məhkəmə qərarları › İş №8(053)-55/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-55/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-55/2025 03.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, X1 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvvəlüdlü Ümüd və xx.xx.2016cı il təvəllüdlü Vüsal adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu hər ay 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda övladının xərcləri artmışdır.Odur ki, ərizənin təmin olunması xahiş edir. Borclu xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, boşanmadan sonra S.Lətifovanın yanı müəyyən edilmiş xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment miqdarı müəyyən edilib. Bildirir ki, 2025-ci ilin yanvar ayına qədər "xxxx" MMC-də sosial işçi işləmişdir. Həmin müddətdə, təyin edilmiş aliment miqdarı MMC-dən aldığı ortalama 340 (üç yüz əlli) manatdan əmək haqqından çıxılırdı. 2025-ci ilin yanvarından sentyabr ayına qədər işsiz olmuşdur. Lakin həmin müddətdə valideynlik borcunu yerinə yetirərək, uşaqlarının anasının kart hesabına qeyd edilən məbləği tam şəkildə atmışdır. Bununla bağlı təsdiqedici qəbzlər var. Cari ilin sentyabr ayından etibarən Neftçala Peşə Məktəbi PHŞ-də "Video çəkiliş üzrə operator" ixtisası üzrə İstehsalat təlim ustası vəzifəsinə qəbul edilmişdir. Aylıq əmək haqqım 342 (üç yüz qırx iki) manat təşkil edir. Aldığı əmək haqqı belə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından azdır. Yuxarıda qeyd etdiklərindən də görünür ki, heç vaxt aliment ödənişindən üzrsüz səbəbdən yayınmamış, imkanlarından belə xaric olsa da, uşaqlarının ödənişini vaxtında etməyə çalışmışdır. Lakin, düşünür ki, tələbkarın hazırkı iddiası alimentin miqdarı hissəsində rədd edilməlidir. Çünki, qeyd edilən məbləğin ödənilməsi onun imkanları xaricindədir. Aldığı əmək haqqı göz qabağındadır. Onun sonrakı dolanışığı nəzərə alınmalıdır. Qeyd edir ki, xəstə anası onun himayəsindədir. O, işləmir, təqaüd almaq yaşında deyil. Bundan əlavə özü ötən ilin sentyabr ayında ailə qurmuşdur. Ər-arvad münasibətlərində olduğu şəxs işləmir. Ailə vəziyyətini nəzərə almağını xahiş edir. Onun hazırkı vəziyyətdə uşaqları üçün hər ay 130 (yüz otuz) manat, ümumilikdə 260 (iki yüz altmış) manat aliment ödəmək imkanı var. Daha böyük məbləği ödəyə bilməyəcəyini indi asanlıqla deyə bilər. Tələb edilən miqdar təyin olunacağı halda onun onu ödəməyimmümkünsüz olacaq ki, sonrakı prosesləri də təxmin etmək çətin deyil. Onun həbs edilməyi aliment ödənişini həll edilməz həddə çatdıracaqdır. Məhkəmə iclasında iştirak edən Borclu etiraz ərizəsi ilə eyni məzmunlu izahat veərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X6 əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin mart ayının 1-dən 130 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvvəlüdlü Ümüd və xx.xx.2016-cı il təvəllüdlü Vüsal adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu hər ay 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvvəlüdlü Ümüd və xx.xx.2016-cı il təvəllüdlü Vüsal adlı uşaq X3 yanında saxlanılmış, onun saxlanılması üçün aliment tutulmuşdur. Həmçinin hazırda X5 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşağa 100 manat məbləğdə müəyyən edilmişdir. 2019-cu ilin mart ayının 1-dən minimum əmək haqqı 180 manat müəyyən edilmişdir. 100 manat məbləğdə aliment 2019-cu il minimum əmək haqqının 0,55 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-371/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvvəlüdlü Ümüd və xx.xx.2016-cı il təvəllüdlü Vüsal adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar