Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-58/2025 03.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli e-2(053)-44/2024 nömrəli icra sənədinə əsasən Borclu 9.099,35 manat məbləğində əsas borc, 5.580,93 manat məbləğində faiz borcu, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 135,09 manat tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 19 aprel 2024-cü il tarixli qərarla icraatına başladığı Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli e- 2(053)-44/2024 nömrəli icra sənədinə əsasən xx xxxxxx 1990-cı ildə doğulmuş və Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olan Borclu cəmi 14.815,37 manat məbləğində pul vəsaiti Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 100 manat ekspertiza xərci isə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 18 aprel 2024-cü il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti verilmiş və onun izahatı alınmışdır. Lakin həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam təmin olunmamış, nəticədə təqdimat verilən günə 14.696,56 manat ödənilməmiş qalıq borc qalmışdır. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Borclu, Tələbkar Açıq Səhmdar Cəmiyyəti və Neftçala Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MPM-nin 231.3 və 231.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli e-2(053)-44/2024 nömrəli icra sənədinə əsasən Borclu 9.099,35 manat məbləğində əsas borc, 5.580,93 manat məbləğində faiz borcu, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 135,09 manat tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu bu müddət ərzində icra sənədi üzrə 118,81 manat ödəniş etmişdir. Tələbkar Açıq Səhmdar Cəmiyyəti Neftçala rayon İcra və probasiya şöbəsinə rəsmi məktubla müraciət edərək Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(053)-44/2024 nömrəli qətnaməsinin icrasından yayındığı üçün Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müvafiq təqdimatla məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı ildə Neftçala rayonu, Xoltəzəkənd kəndində doğulmuş, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-58/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-58/2025
03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver