Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-6/2024 16.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(053)-185/2023 nömrəli icra sənədinə əsasən Borclu 18.740,64 manat məbləğində əsas, 1.494,24 manat məbləğində faiz, 100 manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu olaraq ödənilmiş 151 manat tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 25 iyun 2023-cü il tarixli qərarla icraatına başladığı Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli 2(053)-185/2023 nömrəli icra sənədinə əsasən xx xxxxxx 1985-ci ildə doğulmuş və Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan Borclu 20.334,88 manat məbləğində borc və 151 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 25 iyun 2023cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti verilmiş və onun izahatı alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədilə sorğular edilmiş, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra sənədi üzrə Tələbkar ASC-yə olan borcundan heç bir ödəniş etməmişdir. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(053)-185/2023 nömrəli icra sənədinə əsasən Borclu 18.740,64 manat məbləğində əsas borc, 1.494,24 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu olaraq ödənilmiş 151 manat tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Tələbkar ASC Neftçala rayon İcra və probasiya şöbəsinə rəsmi məktubla müraciət edərək icra sənədi üzrə icraatın davam etdirilməsini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43, 27, 84 və 84-1-ci maddələri ilə nəzərdə tutulan icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-6/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-6/2024
16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver