Məhkəmə qərarları › İş №8(053)-65/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-65/2025

26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-65/2025 26.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi Borclu1 nümayəndəsi (atası) X2 iştirakı ilə, X1 pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: X4 pul məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(053)-106/2019 saylı qətnaməsi ilə ödənilməmiş cəmi 580 manat məbləğin indeksləşdirilərək 2019-cu il yanvar ayından 2025-ci il aprel ayınadək 147,70 faiz artımı (580,00 AZN x 147,70% = 856,66 AZN) nəzərə alaraq cəmi 1436,66 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə, saat 12:45-ə təyin edilmişdir. X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. Lakin ərizəçi göstərilən tarixlərdə ərizə göndərmiş məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəciyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X9 tərəfindən verilmiş ərinə üzrlü hesab etməmiş, onun iştirakının məhkəmə iclasında zəruri olmasını məhkəmə bildirişlərində qara hərflərlə nəzərə çarpacaq dərəcədə qeyd etməsinə baxmayaraq məhkəmə iclasınlarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 nümayəndəsi X5 işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, ərizəçinin məhkəmənin çağırışına gəlmədiyinə görə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.7-ci maddəsinə tətbiq edərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etmiş X4 məhkəmənin birinci çağırışına gəlmədiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(053)-106/2019 saylı qətnaməsi ilə borclular Borclu1 və Borclu2dan cəmi 580 manat məbləğində pul müştərək qaydada tutularaq X8 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X1 pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada tərəfə təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar