Məhkəmə qərarları › İş №8(053)-7/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-7/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-7/2024 23.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra şöbəsinin böyük icra məmuru X5 iştirakı ilə Neftçala rayon İcra şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 2(022)-943/2023 nömrəli icra vərəqəsi üzrə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 2(022)- 943/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu 25 iyun 2017-ci il təvəllüdlü X2, 11 yanvar 2019-cu il təvəllüdlü X7 və 11 fevral 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Alimentin tutulması 14 iyul 2023-cü ildən etibarən 25 iyun 2017-ci il təvəllüdlü X2, 11 yanvar 2019-cu il təvəllüdlü X7 və 11 fevral 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək müəyyən edilməlidir. Neftçala rayon İcra Şöbəsinin icra məmuru Ramin Aslanov Borclu və onun ailə üzvlərinə məxsus olan Neftçala rayonu, Mürsəqulu kəndində yerləşən 10,61 ha torpaq sahəsinin borclunun payına düşən hissəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimatını onunla əsaslandırır ki, icra sənədi 02 oktyabr 2023-cü ildə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədi üzrə dərhal icraata başlamaq haqqında qərar qəbul olunmuş və qərarın surəti bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və müəyyən olunmuşdur ki, Borclu və onun ailə üzvlərinə məxsus olan Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində JN-0019 saylı «Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən 10,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirlərinin tətbiqi kimi borclunun əmlakı üzərinə həbs qoyulmaqla tələbin həmin əmlaka yönəldilməsini xahiş edir. Məhkəmə iclasında Neftçala rayon İcra şöbəsinin icra məmuru Ramin Aslanov təqdimatda göstərilənlərə uyğun izahat verərək, təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq, gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının (J№-0019; kod ********) surətindən görünür ki, Neftçala rayonu, Mürsəqulu kənd sakinləri X3, X10, X8, X6, X4 və Borclu kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Neftçala rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 iyun tarixli 20 nömrəli qərarı ilə aktda göstərilən cizgilər daxilində yerləşən 10,61 hektar torpaq sahəsi ayrılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən «İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur... ». Göstərilənlərə əsasən və, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat qismən təmin olunsun. «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına (J№-0019; kod ********) əsasən Neftçala rayonu, Mürsəqulu kənd sakinləri X3, X10, X8, X6, X4 və Borclu kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Neftçala rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 15 iyun tarixli 20 nömrəli qərarı ilə aktda göstərilən cizgilər daxilində verilmiş 10,61 hektar torpaq sahəsinin Borclua aid hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar