Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-8/2023 23.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun Borclu məxsus əmlakın üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 8(53)-52/2017 nömrəli 25 aprel 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus «Mercedes Benz C 180» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(53)- 483/2016 nömrəli 27 may 2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X4 müştərək qaydada 5.106,58 ABŞ dolları borc və 30 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi 16 avqust 2016-cı il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş verilmiş və onun izahatları alınmışdır. Borclu borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 13 oktyabr 2016-cı il tarixli məktubuna əsasən Borclu adına «Mercedes Benz C 180» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən olunmuşdur. Həmin əmlaka həbs qoyulması barədə verilmiş təqdimat Neftçala Rayon Məhkəməsinin 8(53)-52/2017 nömrəli 25 aprel 2017-ci il tarixli qərardadı ilə təmin edilərək Borclu məxsus «Mercedes Benz C 180» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobilin saxlanılaraq DYP-nin cərimə meydançasına (xüsusi saxlanc yerinə) təhvil verilməsi qərara alınmışdır. Ləğv prosesində olan Tələbkar ASC-nin adından Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamenti 14 aprel 2023-cü il tarixli məktubunda həmin icra sənədi üzrə Borclu ləğv prosesində olan Tələbkar ASC qarşısında olan öhdəliyinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus «Mercedes Benz C 180» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ASC-nin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(53)-483/2016 nömrəli 26 aprel 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Borclu və X4 müştərək qaydada iddiaçı Tələbkar ASC-nin xeyrinə 11 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4.326,58 ABŞ dolları əsas və 780 ABŞ dolları faiz borcu, cəmi 5.106,58 (beş min yüz altı dollar 58 sent) ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 8(53)-52/2017 nömrəli 25 aprel 2017-ci il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla Neftçala Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli 2(53)-483/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes Benz C 180» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbsin qoyulması və həmin avtomobilin saxlanılaraq DYP-nin cərimə meydançasına (xüsusi saxlanc yerinə) təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən Neftçala rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 14 aprel 2023cü il tarixli **********351 nömrəli məktubun surətindən görünür ki, həmin məktubla Neftçala Rayon Məhkəməsinin 2(53)-483/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə Borclu ləğv prosesində olan Tələbkar ASC qarşısında olan öhdəliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu ii tarixli Fərmana əsasən restrukturizasiya olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Göründüyü kimi, icra sənədi üzrə borclunun əmlakının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Borclu icra sənədi üzrə tələbkara olan borcunu tam ödəmişdir. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(53)-52/2017 nömrəli 25 aprel 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus «Mercedes Benz C 180» markalı **- BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 162.1, 162.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 8(53)-52/2017 nömrəli 25 aprel 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus «Mercedes Benz C 180» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs və digər məhdudiyyətlər götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-8/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-8/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver