Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-8/2024 02.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 Rayon Məhkəməsi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli 2(053)-369/2023 nömrəli icra vərəqəsi üzrə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli 2(053)- 369/2023 nömrəli icra vərəqəsinə əsasən borclular Borclu və X1 qaydasında 4.450 (dörd min dörd yüz əlli) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən dövlət rüsumu və bank xidməti haqqı kimi ödənilmiş 64 (altmış dörd) manat 90 (doxsan) qəpik müştərək qaydada tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanovun təqdimatının məzmunundan görünür ki, borclular müvafiq icra sənədini icra etməkdən yayınırlar. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədikləri üçün onların əmlak vəziyyətinin yoxlanılması məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş və «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan «VAZ 21074» minik markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobilin mövcud olması müəyyən edilmişdir. İcra məmuru yuxarıda qeyd olunan avtomobilin üzərinə həbs qoyulmasına dair qərar çıxarılmasını xahiş edir. Borclu, tələbkar kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Neftçala Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Ramin Aslanov məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «Elektron icra» informasiya sistemindən 22 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, «VAZ 21074» minik markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən «İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur... ». Göstərilənlərə əsasən və, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu məxsus olan «VAZ 21074» minik markalı 47BD357 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-8/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-8/2024
02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver