Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-81/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, X1nın iştirakı ilə X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 ilə Borclu arasında 24 yanvar 2015-ci ildə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 24 nömrəsi ilə qeydə alınmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, 17 dekabr 2016-cı il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X3 boşanmadan sonra X2 yanında qalması müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 17 dekabr 2016-cı il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşağa görə 160 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1009/2024 nömrəli mülki iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına mütənasib olaraq indeksasiya edilməsini xahiş etmişdir. X1 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Borclu ilə nikahlarını 24 yanvar 2015-ci il tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsində rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Əfsusla birgə nikahlarından 17 dekabr 2016-cı il təvəllüdlü X9 və 30 iyul 2020-ci il təvəllüdlü X8 adlı 2 uşaqları doğulmuşdur. Əvvəllər Borclu ilə münasibətləri yaxşı olsa da, sonradan onun təqsiri üzündən münasibətləri korlandığı üçün o, Neftçala Rayon Məhkəməsində nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, 17 dekabr 2016-cı il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında qalmaları müəyyən edilmiş və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, hazırda kirayədə yaşayır və borclunun ödədiyi aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Tələbkar həmçinin qeyd edir ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması səbəbindən alimentin indeksləşdirilməsi zəruridir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan pul məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 28 oktyabr 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 22 oktyabr 2024-cü il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 345 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 160 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,46 mislini təşkil edib (345 X 0,46 = 158,70). Ona görə də ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 17 dekabr 2016-cı il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 17 dekabr 2016-cı il təvəllüdlü X5 və 30 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-81/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-81/2025
06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver