Məhkəmə qərarları › İş №8(053)-84/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-84/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-84/2025 04.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-690/2016 nömrəli iş üzrə 25 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-690/2016 nömrəli iş üzrə 25 aprel 2016-cı il tarixli məhkəmə əmrinə əsasən “Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan Borclu 124,18 manat əsas borc, 37,25 manat cərimə borcu və 21 manat dövlət rüsumu, cəmi 182,43 (yüz səksən iki manat 43 qəpik) manat məbləğində pul tutulub X3” ödənilməlidir. Məhkəmə əmri qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 690/2016 nömrəli mülki iş üzrə 25 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 182,43 manat məbləğində pulun indeksləşdirilərək 2016-cı ilin aprel ayından 2025ci ilin aprel ayınadək 175,40 faiz artımı nəzərə alaraq cəmi 502,41 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsini xahiş etmişdir. Ərizə məhkəməyə 31 oktyabr 2025-ci ildə daxil olub. 01 noyabr 2025-ci ildə X4 ərizə ilə məhkəməyə müraciət edərək, texniki səhvə yol verildiyindən iki dəfə indeksasiya ilə bağlı ərizə verildiyini bildirib, hazırkı ərizəyə münasibət bildirilmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4 və 13.5-ci maddələrinə əsasən «Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir», «Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür». İşin faktik hallarını, o cümlədən indeksasiya ilə bağlı verilmiş ərizənin geri qaytarılması ilə bağlı birbaşa tənzimlənən prosessual hüquq normasının mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı münasibətlə bağlı analogiya üzrə Azərbaycan Respublikası MPM-nin iddia ərizəsinin qaytarılmasının əsasları məsələlərini tənzimləyən 152-ci maddəsinə müraciət olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-690/2016 nömrəli iş üzrə 25 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar