Məhkəmə qərarları › İş №8(053)-87/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-87/2025

24.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-87/2025 24.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı X2 cavabdeh Borclu1 və Borclu2 qarşı “pul məbləğinin indeksasiyası” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Borclu1 və Borclu2 qarşı “pul məbləğinin indeksasiyası” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər xx.xx.2025-ci il tarixinə saat 12.50-ə, xx.xx.2025-ci il tarixə saat 12.10-a təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməklə məlumat verilmişdir. Lakin ərizəçi göstərilən tarixlərdə ərizə göndərmiş məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəciyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə X4 tərəfindən verilmiş ərinə üzrlü hesab etməmiş, onun iştirakının məhkəmə iclasında zəruri olmasını məhkəmə bildirişlərində qara hərflərlə nəzərə çarpacaq dərəcədə qeyd etməsinə baxmayaraq məhkəmə iclasınlarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-ci maddəsinə tətbiq edərək hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş ərizəçi X4 məhkəmənin birinci çağırışına gəlmədiyindən, maraqlı şəxs isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Borclu1 və Borclu2 qarşı “pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada tərəfə təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar