Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-9/2023 14.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Tələbkar, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pul tutlaraq Tələbkar və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu 1758 manat pulun tutularaq Tələbkar ödənilməsinə və Borclu 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 saylı, 07 dekabr 2021-ci il tarixli icra vərəqəsi 15 dekabr 2021-ci il tarixində icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Həmin icra sənədinin icrası ilə bağlı Borclu bildiriş verilmiş və onun izahatları alınmışdır. İcra sənədinin icrası ilə bağlı Borclu əmlak vəziyyəti yoxlanılmış, onun əmlak və gəlirlərini müəyyən etmək məqsədi ilə sorğular edilmiş, lakin onun tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Əliyev X4 rayonu, Bankə qəsəbəsi, V.Ağayev küçəsi ünvanında qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq həmin ünvanda yaşamadığı və onun yeri məlum olmadığı üçün onun barəsində 19 avqust 2022-ci il tarixində axtarış qərarı qəbul olunmuş və qərar icra olunmaq üçün həmin tarixdə Neftçala rayon polis şöbəsinə göndərilmişdir. Neftçala rayon polis şöbəsinin 15 sentyabr 2022-ci tarixli məktubunda Borclu barəsində axtarış işi açılaraq onun ünvanının müəyyənləşdirilməsi sahəsində tədbirlərin həyata keçirildiyi bildirilmişdir. Neftçala rayon polis şöbəsinə axtarışın sürətləndirilməsi ilə bağlı xatırlatma məktubları da göndərilmişdir. Borclu axtarışla tutularaq 15 mart 2023-cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Onun barəsində 15 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 15 mart 2023-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq o, halhazıradək borcundan ödəniş etməmişdir. Borclu Azərbaycan Respublikası ərazisini tərk etməməsi üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq borclu Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və yaşayan xx xxx 1976-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında izahat verərək, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pul alınaraq Tələbkar xeyrinə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu isə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə Borclu 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində pulu və 30 (otuz) manat dövlət rüsumundan heç bir ödəniş ödəməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verili”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-752/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixdə verilmiş, 28 oktyabr 2021-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar ünvan 1 ünavnında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-9/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-9/2023
14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver