Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-9/2024 17.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X13 iştirakı ilə Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurunun Borclu əmlakının üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 8(053)-12/2020 saylı qərardadı ilə Borclu və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2(53)-396/2013 saylı icra vərəqəsinə əsasən Borclu xx.xx.2007-ci ildə doğulmuş Tarverdinin, xx.xx.2009-cu ildə doğulmuş Məleykənin və xx.xx.2012-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 31 iyul 2013-cü il tarixdən hesablanmaqla hər ay 150 (yüz ǝlli) manat sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi və Borclu 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. İcra sənədi üzrə yaranmış aliment borcları ödənilmədiyindən Neftçala rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Neftçala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(53)-396/2013 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Neftçala Rayon Məhkəməsinin 8(053)- 12/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərardadı ilə Borclu və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar Neftçala rayon İcra və Probasiya şöbəsinə 03 may 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək aliment borclarının ona tam qaydada ödənildiyini bildirirək qəbul olunmuş bütün məcburi icra tədbirlərinin ləğv edilməsini və iş üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Bununla bağlı həmin ərizənin təsdiq olunmuş surəti icraat materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən Neftcala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(053)-396/2013 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Neftçala Rayon Məhkəməsinin 05 avqust 2020ci il tarixli, 8(053)-12/2020 saylı qərardadı ilə Borclu və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X18 təqdimatı müdafiə edərək və təqdimatda göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar X8 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı, icra işinin materiallarını, icra orqanının nümayəndəsinin izahatını tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 2(53)-396/2013 saylı 03 sentyabr 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, xx xxxx 1977- ci ildə Salyan şəhərində anadan olmuş Borclu 18 fevral 2007-ci ildə doğulmuş Tarverdi, 18 noyabr 2009-cu ildə doğulmuş Məleykə və 12 avqust 2012-ci ildə doğulmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (yüz ǝlli) manat sabit pul məbləğində alınaraq X1 xeyrinə verilməsi, alimentin tutulmasının başlanğıcı 31 iyul 2013- cü il tarixdən hesablanması və əlavə olaraq Borclu 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 8(053)-12/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərardadının surətindən görünür ki, həmin qərardadla Neftçala Rayon Məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli, 2(053)-396/2013 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə X11 və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş tələbkar Tarverdiyeva (Nəcəfova) Məmmədrəhim qızı tərəfindən Neftçala rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış «iş üzrə icraata xitam verilməsi barədə» ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, icra sənədi üzrə borc ödənildiyinə görə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən borclu barəsində qəbul edilmiş bütün məcburi icra tədbirlərini ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Göründüyü kimi, icra sənədi üzrə borclunun əmlakının həbsdə saxlanılması üçün qanuni əsaslar yoxdur. Borclu icra sənədi üzrə tələbkara olan borcunu tam ödəmişdir. Belə olan halda təqdimat təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 8(053)-12/2020 saylı 05 avqust 2020-cı il tarixli qərardadı ilə X11 və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 162.1, 162.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-12/2020 saylı 05 avqust 2020-cı il tarixli qərardadı ilə X11 və onun ailə üzvləri X5, X6, X7, X10, X9 və Borclu ümumi mülkiyyətlərində olan və Neftçala rayonu, Qırmızıkənd kəndində yerləşən 9,34 hektar torpaq sahəsinin Borclu payına düşən hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(053)-9/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-9/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver