Məhkəmə qərarları › İş №8(053)-91/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-91/2025

21.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-91/2025 21.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilərək Borclu sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Daha sonra tələbkar ərizəsinə dəqiqləşdirmə verərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiyaedilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq alınıb ərizəçiyə verilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda həmin vaxtdan 1 il keçmişdir, uşaqlar böyümüşdür və xərcləri kifayət qədər artmışdır verilən aliment onların xərclərini ödəmir. Ərizəçi qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasınının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaq üçün 246 manat məbləğində müəyyən edilmişdir, amma Borclu ödədiyi aliment pulu uşaqlara görə yaşayış minimuma çatmır və qərar qəbul edilərkən bu mütləq nəzərə alınmalıdır. Odur ki, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 məktəblidirlər və bu da xərclərin artması deməkdir. Ərizəçi uşaqların məktəbli olduğunu qeyd edir və xərclərinin həddindən artıq olması, hər gün uşaqların gündəlik yemək məktəb xərcləri, məktəb ləvazimatları xərcləri, məktəbli forması xərcləri, mövsümə uyğun olaraq üst geyim, alt geyim və ayaqqabı xərcləri, hər günü səhər, günorta və axşam yemək xərclərini hesablasaq və bundan əlavə ərizəçinin də xərclərdə eynilə şərik olmağı və bütün günü uşaqlarla məşğul olmağı, uşaqların təhsili, sağlamlığı, tərbiyəsi və bütün təminatı ilə məşğul olmağını hesablasaq yaşayış minimumundan qat-qat çox məbləğ edir. Ərizəçi faktiki uşaqların saxlanılmasının bütün gücünün onun üzərinə düşdüyünü və onların xərclərini ödəməkdə çətinlik çəkir. Çünki xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 məktəblidir. Ona görə də onlara təkbaşına baxdığı üçün və verilən alimentin az olması uşaqların dolanışığı üçün çatmır. Hər il yaşayış minimumu və minimum əmək haqqı dəyişir buna görə də aliment sonrakı illərdə artım nəzərə alınmaqla indeksasiya edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X10 əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü üçün 345 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşaq üçün 150 manat olmaqla, alimentin tutularaq X9 ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, X11 ilə Borclu arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X8 iddiaçı X7 yanında saxlanılmış, onun saxlanılması üçün aliment tutulmuşdur. X4 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(053)- 37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər uşağa 150 manat məbləğdə müəyyən edilmişdir. 2024-cü il ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 150 manat məbləğdə aliment 2024-cü il üçün minimum əmək haqqının 0,43 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2009-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar