Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-1/2024 19.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-125/2023 saylı, 13 mart 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəsinə əsasən icraata xitam verilməsi məsələsinə baxılmasına dair Oğuz rayon İcra və Probasiya şöbəsinin 29 yanvar 2024-cü il tarixli, 14/01-24 saylı məktubuna və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli, 14/01-24 saylı məktubla müraciət edərək Oğuz Rayon Məhkəməsinin 2(054)-125/2023 saylı, 13 mart 2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinası barədə ərizəsinə əsasən icraata xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məktuba əlavə edilmiş sənədlər və 2(054)-125/2023 saylı iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aralarında Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində 03 aprel 2014-cü il tarixdə 03 sayla qeyd edilmiş nikahın pozulması, azyaşlı övladları-05 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 himayəsində qalması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-125/2023 saylı, 13 mart 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq, 05 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının 18 yanvar 2023-cü il tarixdən hesab edilməsi qət edilmişdir. Qətnamənin alimentin tutulmasına aid hissəsində xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli, 78582/2023-31-6-004 saylı bildiriş Borclu göndərilmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə Oğuz rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofisində imzası təsdiq edilmiş ərizəsi ilə bildirmişdir ki, övladları-05 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 15 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 ataları Borclu tərəfindən ödənilən aliment məbləğindən imtina edir, hal-hazırda ondan heç bir iddia və tələbi yoxdur. Oğuz rayon İcra və Probasiya şöbəsi tələbkarın həmin ərizə ilə tələbdən imtinası nəzərə alınmaqla Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-125/2023 saylı, 13 mart 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq şəkildə məlumat verilmiş, tələbkar və borclu, habelə Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası qəbul edilməməli, icra sənədi üzrə icraata xitam verilməməlidir. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edildiyi kimi iddiaçı tələbində cavabdehdən hər uşağa hər ay 220 manat aliment tutulmasını xahiş etmiş, iddia qismən təmin edilmiş, qətnamədən apelyasiya şikayəti verilməmişdir. Hazırki ərizənin məzmunundan göründüyü kimi tələb iki azyaşlı uşağın saxlanması üçün borcludan tutulan alimentdən imtinadan ibarət olsa da tələbkar tələbdən imtinasının səbəbini əsaslandırmamış, şöbəyə və məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Tələbkar tələbdən imtinası qəbul edilməsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-125/2023 saylı, 13 mart 2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-1/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-1/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver