Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-100/2025 27.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Maraqlı şəxs3 rəisi X2 iştirakı ilə, Ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Tələbkar borclular X1 və Kazımlı Əzim Tələbkar cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsinə əsasən Cavabdehlər Borclu1, Borclu2 və Borclu3 17 dekabr 2013-cü il tarixli 12825 nömrəli alqı-satqı müqaviləsi üzrə 144 manat əsas borc, 3 manat cərimə və 21 manat dövlət rüsumu - cəmi 168 (bir yüz altmış səkkiz) manat müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Maraqlı şəxs3nə, Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə göndərilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 168 manat məbləğin indeksləşdirilərək, 2021-ci il tarixdən 2025-ci ilin aprel ayınadək 137 faiz artımı (168,0 AZN x 137% = 230,16 AZN) nəzərə alaraq cəmi 398,16 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsinə əsasən, borclular Borclu1, Borclu2 və Borclu3 cəmi 168,0 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 168 manat məbləgində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Maraqlı şəxs3 rəisi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsi üzrə borc poçt vasitəsilə tam şəkildə ödənilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ərizə üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Tələbkar hazırki ərizəyə baxılması üzrə məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətində qeyd etmişdir ki, iş çoxluğu ilə əlaqədar üzrlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyi üçün, həmçinin iş üzrə zəruri sənədləri ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxaraq ərizənin təmin olunması barədə qərardad qəbul məhkəmədən xahiş edir. Ərizəyə baxılması barədə borclular uxtarov Namiq Yaşar oğlu, Borclu2 və Borclu3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasının tələbkarın və borcluların iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə borclunun izahatını dinləyib ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsinə əsasən Cavabdehlər Borclu1, Borclu2 və Borclu3 17 dekabr 2013-cü il tarixli 12825 nömrəli alqı-satqı müqaviləsi üzrə 144 manat əsas borc, 3 manat cərimə və 21 manat dövlət rüsumu - cəmi 168 (bir yüz altmış səkkiz) manat müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Maraqlı şəxs3nə, Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə göndərilmişdir. Həmin icra vərəqəsi üzrə borclular 168 manat məbləğində borc pulu tam şəkildə ödəyərək ödəniş qəbzini Maraqlı şəxs3nə təhvil verdikləri üçün Maraqlı şəxs3 xx.xx.2021-ci il tarixdə icraata xitam verilmişdir. Beləliklə məhkəmə qətnaməsi tam şəkildə icra edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Yuxarıda qeyd olunmuş normaların məzmunundan göründüyü kimi işə baxmış məhkəmə yalnız qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ərizədən və işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə tam şəkildə icra edilmişdir. Tələbkar isə icra sənədinin icrasın vaxtından 3 ildən çox müddət keçdikdən sonra pulun indeksasiya edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, tələbkərın indeksasiya olunmasını xahiş etdiyi qətnaməsi artıq icra olunduğundan ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Tələbkar cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 51 / 2021 nömrəli qətnaməsi üzrə ödənilməli pul məbləğinin indeksasiya olunması barədə Tələbkar ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(054)-100/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-100/2025
27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver