Məhkəmə qərarları › İş №8(054)-101/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-101/2025

03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-101/2025 03.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Borclu nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, borclu (cavabdeh) Borclu 27 iyul 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün tələbkar (iddiaçı) Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayınadək minumum əməkhaqqı 345 manat, 150/345=0,43) 0,43 misli həddində (indeksasiya) sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, o Borclu ilə nikahlarını 18 iyul 2012-ci ildə Oğuz rayon Qeydiyyat şöbəsində 29 sayla rəsmiləşdirmişdir. Birgə nikahdan onların 27 iyul 2021-ci ildə Mədinə adlı övladı anadan olmuşdur. Övladı 9 ildən sonra dünyaya gəlmişdir. Aralarında yaranmış söz söhbətdən sonra o Oğuz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Oğuz rayon Qeydiyyat şöbəsində 18 iyul 2012-ci il tarixdə 29 sayla qeyd edilmiş nikahın pozulması, azyaşlı övladı-27 iyul 2021-ci il tarixdə anadan olmuş X3 himayəsində qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 235 manat, özünün uşaq 3 yaşına çatanadək saxlanması üşün 50 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiası qismən təmin edilmiş, onunla Borclu arasında 18 iyul 2012-ci il tarixdə Oğuz rayon Qeydiyyat şöbəsində 29 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 27 iyul 2021-ci il tarixdə anadan olmuş X6 onun himayəsində saxlanılmış, Borclu qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, 27 iyul 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi qət edilmişdir. Uşağı ilə birlikdə valideynlərinin evində yaşadığı və heç yerdə işləmədiyi üçün o uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir, lakin cavabdeh uşağın saxlanması üçün ona əlavə olaraq heç bir maddi yardım göstərmir. Əvvəldə də qeyd etdiyi kimi o uşağı ilə birlikdə valideynlərinin evində yaşayır və heç yerdə işləmir. Uşağının yaşının artması, onun normal həyat şəraiti maddi ehtiyacları da artmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Tələbkar, Borclu və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq borclu və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Tələbkar ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu nümayəndəsi X4 izahat verərək bildirdi ki, Borclu onun oğludur. Oğlu hazırda fəhlə kimi çalışaraq aylıq cəmi 350-370 manat əmək haqqı alır. Eyni zamanda, Kənanın səhhətində də problemlər vardır. Eyni zamanda, tələbkar uşağın anası olduğundan uşağa baxmaq onun da vəzifəsidir. Qeyd etdikləri nəzərə alınmaqla ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-299/2024 saylı qətnaməsindən görünür ki, birgə nikahdan 27 iyul 2021-ci il tarixdə anadan olmuş X6 iddiaçı olan ananın himayəsində saxlanılması, cavabdeh Borclu qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, 27 iyul 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında Borclu Tələbkar xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda tutulan alimentin miqdarı uşağın bütün tələbatlarının ödənilməsi üçün kifayət etməməsi əsası ilə tələbkar indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmişdir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərfindən uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,43 (150:345) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 400 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-299/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-299/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-299/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar