Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-111/2025 02.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-346/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinəəsasən hər ay 260 manat sabit pul məbləğində aliment və Oğuz rayon Məhkəməsi tərəfindən verilmiş 8(054)-44/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.37 misli həddində aliment Borclu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə Oğuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin dərhal təmin edilməsi tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb dərhal təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bundan əlavə qeyd olunan icra sənədləri " eyni borclu barəsində olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında" 28617/2025-31-5 saylı xx.xx.2025- ci il tarixli qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Tələbkar xx.xx.2025-ci il tarixdə Şöbəyə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədləri üzrə borclu tərəfindən aliment ödənişinin qərəzli olaraq ödənilmədiyini və borcun tam şəkildə ödətdirilməsi istiqamətində bütün məcburi icra hərəkətlərinin aparılmasını xahiş etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədlərinin icrası borclu tərəfindən tam təmin edilməmiş və qalıq aliment borcu 3284 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu (Mekhman) Vəli oğlunun qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, 01 dekabr 2018-ci il tarixdə anadan olmuş X4 və 30 iyun 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 8(054)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(054)-346/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu hər uşaq üçün tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Borclu barəsində Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 8(054)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, 2(054)-346/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2024-cü il tarixdə borcluya çatdırılmışdır. Həmçinin, iş materiallarından görünür ki, 8(054)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılmış məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğular verilmişdir. Mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-346/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(054)-111/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-111/2025
02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver