Məhkəmə qərarları › İş №8(054)-118/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-118/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-118/2025 27.10.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakı ilə, Oğuz rayon Notariat Ofisinin 81-2539 nömrəli, xx.xx.2022-ci il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2540 nömrəli, xx.xx.2022-ci il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2825 nömrəli, xx.xx.2023-cü il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2827 nömrəli, xx.xx.2023-cü il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu Oğuz rayon Notariat Ofisinin 81-2539 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 267.96 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə, Oğuz rayon Notariat Ofisinin 81-2540 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə b980.62 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə, Oğuz rayon Notariat Ofisinin 81-2825 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4422.83 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə, Oğuz rayon Notariat Kontorunun 81-2827 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi üzrə 422.85 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə və Oğuz Rayon Məhkəməsinin 2(054)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 898.32 manat borc məbləği tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Oğuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak və gəlir vəziyyətini yoxlamaq üçün "Elektron icra informasiya" sistemi üzrə axtarış aparılmış, borcluya məxsus əmlak və gəlir yeri müəyyən edilməmişdir. Axtarış nəticəsində borcluya məxsus ümumvətəndaş pasportunun olması və borclunun xx.xx.2022-ci il tarixdə ölkə ərazisini tərk etməsi müəyyən edilmişdir. Həmçinin borclunun atası X1 izahatına əsasən Borclu xx.xx.2022-ci il tarixdə ölkə ərazisini tərk etdiyini və hazırki vaxtadək ölkəyə qayıtmadığını bildirmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, Borcluun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkarların nümayəndələri və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə təqdim edilmiş təqdimat əsaslıdır. Bu səbəbdən hesab edirlər ki, Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş təqdimat təmin edilməli və borclu barəsində icra şöbəsi vasitəsi ilə müvafiq məcburi icra tədbirləri görülməlidir. Belə ki, göstərilənlərə əsasən 8(054)- 118 /2025 saylı iş üzrə keçiriləcək məhkəmə iclasını nümayəndələrinin iştirkı olmadan keçirərək Oğuz rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tələbkarların nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2539 saylı icra qeydindən görünür ki, Borclu cəmi 267,96 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2539 saylı icra qeydi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə 2022ci ilin oktyabr ayında borcluya çatdırılmışdır. İş materiallarında olan Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2540 saylı icra qeydindən görünür ki, Borclu cəmi 980,62 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Oğuz rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2540 saylı icra qeydi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə 2022ci ilin oktyabr ayında borcluya çatdırılmışdır. İş materiallarında olan Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-2825 saylı icra qeydindən görünür ki, Borclu cəmi 4422,83 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ- 2825 saylı icra qeydi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə borcluya çatdırılmışdır. İş materiallarında olan Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-2827 saylı icra qeydindən görünür ki, Borclu cəmi 422,85 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ- 2827 saylı icra qeydi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə borcluya çatdırılmışdır. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin e-2(054)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli müqavilə üzrə 868,32 manat əsas borc və 30,00 manat dövlət rüsumu məbləği tutularaq iddiaçı Tələbkar1 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, e-2(054)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada xx.xx.2023-cü il tarixdə tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya çatdırılmışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğular verilmişdir. Mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz rayon Notariat Ofisinin 81-2539 nömrəli, xx.xx.2022-ci il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2540 nömrəli, xx.xx.2022-ci il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2825 nömrəli, xx.xx.2023-cü il tarixli, Oğuz rayon Notariat Ofisinin 81-2827 nömrəli, xx.xx.2023-cü il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-464/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar