Məhkəmə qərarları › İş №8(054)-13/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-13/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-13/2025 14.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-312/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraatda borclular Borclu və X1 müştərək qaydada 2016 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC BOKT-nin xeyrinə ödənilməli olduğundan borclulara tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclular tələbi icra etmədiyindən onların əmlak vəziyyətinin öyrənilməsi üçün “Elektron icra” sistemi vasitəsilə axtarış aparılmış, tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Həmin tarixdən indiyədək cəmi 50 manat ödəniş edilmiş, hazırda icra sənədi üzrə 1966 manat qalıq borcu, 114 manat icra ödənişi borcu yaranmışdır. “Elektron İcra” sistemindən Borclu ümumi vətəndaş pasportunun olduğu müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra sənədi üzrə borc məbləği tam şəkildə ödənilənədək borclunun barəsində məcburi icra tədbiri olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr.də tələbkar, habelə Oğuz rayon İcra və Probasiya şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Borcluya gönərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarıldığından onun ünvanı üzrə ünvan 1vab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli, 5-68-9/2-30/2025 saylı məktubla Borclu uzun müddət əvvəl ailəsi ilə birgə nümayəndəlik ərazisindən köçüb getdiyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin, xx.xx.2015-ci il tarixli rəsmi xəbərdarlığın, xx.xx.2023-cü il tarixli xəbərdarlığın, həmin tarixli izahatın, xx.xx.2025-ci il tarixli xəbərdarlığın və həmin tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək istifadə hüququ ilə C04066868 saylı ümumi vətəndaş pasportu əldə etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə iclasında müəyyən olundu ki, sözügedən icra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilsə də, həmin vaxtdan indiyədək borclu tərəfindən cüzi miqdarda ödəniş edilmiş, keçən 10 ilə yaxın müddət ərzində borcun hissələrlə ödənilməsi imkanı olsa da, borclu işləmədiyini bildirərək borcun ödənilməsindən yayınmışdır. Hazırki halda isə borclunun ölkə xaricinə çıxmaqla borcu ödəməkdən yayınmasına dair şübhələr mövcuddur. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1972-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Oğuz rayonu Kərimli kəndində yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədləri üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar QSC BOKT-yə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar