Məhkəmə qərarları › İş №8(054)-14/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-14/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-14/2023 25.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 08 may 2023-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-535/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatda Borclu və X1 cəmi 6189,16 manat alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməli olduğundan borclulara tələblərin könüllü icrası üçün bildiriş göndərilərək 10 gün vaxt verilmiş, müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, icra və probasiya şöbəsinə dəvət edilmişlər. Borclu barəsində axtarış elan edilmiş, xx.xx.2023-cü ildə axtarış işi açılmışdır. Borcluların tələbkara ödənilməmiş qalıq borcu cəmi 6189,16 manat təşkil edir. Borclu şöbəyə verdiyi izahatında 2011 və 2014-cü illərdə Rusiya Federasiyası və Gürcüstan Respublikasına getdiyini etiraf etmişdir. Borclu qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını qərəzli olaraq icra etmədiyindən və onun ölkə hüdudlarını tərk etmək ehtimalının real olması nəzərə alınmaqla onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. (Müvafiq sənədlər təqdimata əlavə edilmişdir). Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq şəkildə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 42157/2023- 31-6-004 saylı bildirişin surətindən görünür ki, Borclu borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Borclu təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o maddi imkanı olmadığından borcunu ödəmədiyini, işlə bağlı 2011-ci ildə 2-3 ay Rusiya Federasiyası Tümen vilayətində olduğunu, 2014-cü ildə münasibətdə olduğu şəxslə 1 həftəlik Gürcüstan Respublikasına getdiyini, hələlik xaricə çıxışla bağlı planının olmadığını bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 08 may 2023-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1992-ci ildə Oğuz rayon Padar kəndində anadan olmuş, Oğuz rayon Padar kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkar "xxxx" ASC-yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar