Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-14/2024 19.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 05 mart 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan, Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda Borclu 2018-ci il təvəllüqlü Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 180 manat aliment tutularaq Tələbkar ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi tam icra etməmiş, onun 2520 manat aliment borcu yaranmışdır. Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu ilə telefon əlaqəsi saxlayarkən borclu maddi imkanı olmadığından işləmək üçün Rusiya Federasiyasına gedəcəyini bildirdiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlər görülməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Oğuz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Borcluya göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “ünvanda yoxdur” yazılmaqla məhkəməyə geri qaytarıldığından onun ünvanına uyğun olaraq Oğuz rayon İHB Oğuz şəhər icra nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024cü il tarixli, 5-68-12/2-026/2024 saylı məktubla Borclu qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə ərazidə yaşamadığını bildirmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 77049/2023-31-5-00 saylı bildirişin, xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Tələbkar Borclu maddi imkanı olmadığından işləmək üçün Rusiya Federasiyasına gedəcəyini bildirdiyini nəzərə alaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılası üçün tədbir görülməsni xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 05 mart 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1989-cu ildə ünvan 2 ünvanda qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-14/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-14/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver