Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-14/2025 14.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-419/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda Borclu 1894,96 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 ASC-nin xeyrinə, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatda 919,89 manat pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, borcun ödənilməsi tələb olunmuş, lakin borclu tələbi icra etmədiyindən onun əmlak vəziyyətinin öyrənilməsi üçün “Elektron icra” sistemi vasitəsilə axtarış aparılmış, tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Həmin tarixdən indiyədək hər iki iş üzrə 50 manat olmaqla cəmi 100 manat ödəniş edilmiş, hazırda icra sənədləri üzrə müvafiq olaraq 1844,96 manat və 869,89 manat qalıq borc, 196 manat icra ödənişi borcu yaranmışdır. “Elektron İcra” sistemindən Borclu ümumi vətəndaş pasportunun olduğu və əvvəllər xarici ölkəyə getdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra sənədi üzrə borc məbləği tam şəkildə ödənilənədək borclunun barəsində məcburi icra tədbiri olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməsi məqsədilə təqdimatın təmin olunması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr.də tələbkarlar, habelə Oğuz rayon İcra və Probasiya şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Borcluya gönərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarıldığından onun ünvanı üzrə ünvan 1vab olaraq nümayəndəlik xx.xx.2025-ci il tarixli, 5-68-9/2-28/2025 saylı məktubla Borclu uzun müddət əvvəl ailəsi ilə birgə nümayəndəlik ərazisindən köçüb getdiyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların, tələbin könüllü icrası haqqında həmin tarixli bildirişlərin, borclunun atası X1 xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Borclu barəsində dövlətlərarası axtarış elan edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Borclu xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək istifadə hüququ ilə C01573705 saylı ümumi vətəndaş pasportu əldə etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə iclasında müəyyən olundu ki, sözügedən icra sənədləri üzrə .2024-cü ildə icraata başlamaq haqqında qərarlar qəbul edilsə də, həmin vaxtdan indiyədək borclu tərəfindən cüzi miqdarda ödəniş edilmiş, keçən müddət ərzində borcun hissələrlə ödənilməsi imkanı olsa da, borcun ödənilməsindən yayınmış, onun olduğu yer məlum deyil və barəsində axtarış qərarı qəbul edilmişdir. Hazırki halda isə borclunun ölkə xaricinə çıxmaqla borcu ödəməkdən yayınmasına dair şübhələr mövcuddur. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Borclu, xx.xx.1997-ci ildə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, Oğuz rayonu Kərimli kəndində yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqətiyəni icra sənədləri üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, tələbkarlar Tələbkar2 ASC və "xxxx" KB ASCyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №8(054)-14/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-14/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver