Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-140/2025 28.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 Şəki Rayon Məhkəməsinin e-2(075)-897/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatla müraciət edərək, Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 897/2025-020 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadek saxlanılmaları üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Aliment tutulmasının əvvəli 20 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2025-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş qaydada tələbin dərhal icrasını nəzərdə tutan bildirişlə bərabər Borclu icra sənədində göstərilən Oğuz rayonu Yemişanlı kəndində yerləşən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmiş və tələbkarın dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Çağrı Mərkəzinə şikayət etməsinə saəbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İnformasiya Sistemi vasitəsilə icra sənədi üzrə Borclu məxsus ***-***-**-** mobil nömrəsinə xx.xx.2025-ci il tarixdə İcra Şöbəsinə gəlməyəcəyi təqdirdə məcburi gətirilmə barədə müvafiq məhkəməyə təqdimatla müraciət olunacağı barədə Sms göndərilməsinə baxmayaraq qərəzli olaraq Şöbəmizə gəlməkdən yayınmışdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Proses iştirakçılarının məhkəmə iclasına gəlməmələri təqdimata baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Şəki Rayon Məhkəməsinin e-2(075)-897/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Təqdimata əlavə edilmiş “İcra işinin materiallarında olan Oğuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-897/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu X6 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı araşdıraraq belə qənaətə gəlmişdir ki, borclu barəsində “borclunun məcburi gətirilməsinə haqqında” qərar qəbul edilərək borcluya göndərilmədiyindən və həqiqətən də borclunun icradan üzrsüz yayınmasını göstərən sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra məmuru məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin icra edilməməsinin səbəblərini müəyyənləşdirməmişdir. Qanunun tələbinə görə belə bir tədbirin görülməsi ilə bağlı borclunun məlumatlandırılması vəzifə kimi icra məmurunun üzərinə qoyulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 Şəki Rayon Məhkəməsinin e-2(075)-897/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 Şəki Rayon Məhkəməsinin e-2(075)-897/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Rəşad Əliyev
Məhkəmə qərarları › İş №8(054)-140/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-140/2025
28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver